Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

'Problemli kreditlərin əksəriyyətini bank rəhbərləri yaradıblar'-Media icmalı


'Prezident probleml krediti olanlara yardım etsin'
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

'Prezident probleml krediti olanlara yardım etsin'

Tələbələrin yataqxana qayğıları, problemli kreditlərin yaranmasının səbəbləri, Azərbaycan vətəndaşlarının xaricə axını və başqa məsələlər medianın aparıcı mövzularındandır…

Problemli kreditləri doğuran səbəblər

«Yeni Müsavat» qəzetində «Əkrəm Həsənov: «Problemli kreditlərlə bağlı vəziyyət hələ bir neçə il sürəcək»» sərlövhəli yazı oxumaq olar.

Yazıda bu ilin sentyabrında Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumunun xarici valyutada götürülən kreditlərlə bağlı bankların xeyrinə çıxartdığı qərardan sonra yaranan vəziyyətlə bağlı hüquqşünas-ekspert Əkrəm Həsənovun düşüncələrinə yer verilib.

Müəllif vurğulayıb ki, Azərbaycanda problemli kreditlərin həcmi 1.8 milyard manata yaxınlaşıb.

Ə.Həsənov mövzu ilə bağlı deyib: «Konstitusiya Məhkəməsinin qərarı artıq tam təsdiqlədi ki, bu kreditlər cari məzənnə ilə qaytarılmalıdır və heç bir güzəşt də olmayacaq».

Ekspert vurğulayıb ki, normal gəliri olanlar bu kreditləri qaytarmağa çalışırlar. Onun bildirməsinə görə, amma bir təbəqə də var ki, onların əmlakları və gəlirləri yoxdur.

Ə.Həsənovun deməsinə görə, qanun vətəndaşlara da özlərini müflis elan etməyə imkan versə də, məhkəmələr müxtəlif bəhanələrlə bu hüququ tanımırlar: «Vətəndaş krediti qaytara bilməyəndə icra məmurları onları dəvət edib, həbslə qorxudurlar. Bəzi hallarda təəssüf ki, həbs də edirlər. Bununla bağlı da Avropa İnsan Haqları Məhkəməsinə 3 şikayət vermişəm. Ümid edirəm ki, yaxın zamanda bu məsələyə baxılacaq və vətəndaşların həbs qərarı götürüləcək».

Ekspert hesab edir ki, problemli kreditlərin böyük hissəsini bank rəhbərləri özləri yaradıblar. Ə.Həsənovun vurğulamasına görə, bəzi hallarda onlar öz şirkətlərinə, yaxınlarına kredit veriblər: «Fikir də bu olub ki, kredit getsin, qayıtmasın. Odur ki, tam obyektiv yoxlama aparılıb bu kreditlər üzə çıxarılmalıdır, amma bu iradəni görmürəm».

Bakı restoranlarında ərəb yeməkləri, ərəbcə danışan ofisiantlar
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Azərbaycandan gedənlər gələnlərdən çoxdur, amma...

«Novoye Vremya» qəzetində «Azərbaycan turistləri xaricdə» sərlövhəli yazı yer alır.

Müəllif Azərbaycan vətəndaşlarının xaricdə xərclədikləri vəsaitlərin həcmini araşdırır.

Yazıda rəsmi mənbələrə istinadən bildirilir ki, Azərbaycan vətəndaşları bu ilin ilk yarısında xaricdə təqribən 1.2 milyard dollar xərcləyiblər. 2017-ci ilin eyni dövründə də xaricdə təqribən eyni həcimdə pul xərclənib: «Ümumiyyətlə, qeyd etmək lazımdır ki, xaricə gedən Azərbaycan vətəndaşlarının sayı ölkəyə gələn xarici turistlərin sayından çoxdur. Məsələn 2017-ci ildə ölkəyə təqribən 2.7 milyon nəfər xarici gəlib. Amma xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 4.1 milyon nəfərdir».

Müəllif vurğulayır ki, bu ilin 7 ayında Azərbaycan vətəndaşları Türkiyədə 418 mənzil alıblar.

Bununla belə, yazıda bir məqama da xüsusi diqqət çəkilir. Müəllif vurğulayır ki, xaricə gedən Azərbaycan vətəndaşlarının sayı gələnlərdən çox olsa da, onlar heç də Azərbaycandakı xaricilər qədər pul xərcləməyiblər.

Xarici tələbələrin Bakıda xoşuna gəlməyən nədi?
Gözlə

No media source currently available

0:00 0:03:26 0:00

Tələbə qayğıları...

«Azərbaycan» qəzetində «Tələbələrin bitməyən yataqxana həsrəti» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, hazırda tələbə yataqxanaları olan binaların əksəriyyətində məcburi köçkünlər məskunlaşıb, qalanlarında isə infrastruktur tam köhnəlib.

Yazıda bildirilir ki, tələbələrin əksəriyyəti rayonlardan gələnlərdir: «Tələbənin yaşadığı şərait, onun gündəlik üzləşdiyi problemlər birbaşa təhsilin səviyyəsinə təsir göstərir. Yəni, sosial problemlər təhsilin keyfiyyətinə təsir göstərən mühüm amildir».

Müəllif qeyd edib ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) vaxtilə 7 binadan ibarət böyük yataqxana kompleksi olub. Amma kompleksdən 6 bina sökülərək hazırda yerində yeni yataqxana inşa olunur.

Müəllif universitet təmsilçisinə istinadən bildirir ki, yerdə qalan 320 nəfərlik yataqxana binası təmir olunaraq tələbələrin istifadəsinə verilib

Yazıda habelə bildirilir ki, Azərbaycan Tibb Universitetinin (ATU) 5 yataqxanası olsa da, hazırda onlardan 3 Saylı Qızlar Yataqxanası əsaslı təmirə dayanıb.

Müəllif daha sonra bu sahədə görülən işlərdən bəhs edir. Yazıda qeyd edilir ki, hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə Neft və Sənaye Universitetinin ərazisində 1000 nəfərlik tələbə yataqxanası inşa olunur.

Müəllif sonda da yazıb: «Apardığımız kiçik araşdırmadan məlum oldu ki, müəyyən obyektiv və subyektiv səbəblərdən bu tədris ilində də tələbələrin böyük əksəriyyətinin yataqxana problemi həll olunmamış qalacaq. Ümidvarıq ki, yaxın illər ərzində həyata keçiriləcək layihələr, proqramlar əsasında bu məsələ də köklü şəkildə həll olunacaq və tələbələr də, sözün əsl mənasında, məişət qayğılarından azad olaraq, diqqətlərini yalnız təhsillə bağlı məsələlərə yönəldəcəklər».

XS
SM
MD
LG