Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Amaşov internet qanunu təklif edir


Ə.Amaşov
Ə.Amaşov

Azərbaycanda internet mediasının tənzimlənməsi ilə bağlı ayrıca qanun qəbul edilə bilər.

Bu təşəbbüslə Milli Məclisin bu gün, oktyabrın 1-də keçirilmiş iclasında deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib. Bu haqda onun özü məlumat verib.

Qanunlara müxtəlif vaxtlarda dəyişikliklər ilə internet üzərindən yayımın məsuliyyət məsələsinin diqqətdə saxlanıldığını deyən deputat bunun yetərli olmadığını ifadə edib.

«İnternet medianın funksiya və vəzifələri ayrıca qanunda əksini tapsa, daha faydalıdır. «Televiziya və radio yayımı haqqında» Qanun varsa, «Kabel şəbəkəsi haqqında» Qanun qəbul etməyi düşünürüksə, demək, internet media fəaliyyətinin də hüquqi əsaslarını bir qanunda birləşdirmək zəruridir», - deyən deputata görə, bu, mövcud boşluqların aradan qalxmasına və internet medianın dövlət yardımından bəhrələnməsinə imkan verəcək.

Siyavuş Novruzovdan Facebook-la bağlı təklif
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

Ə.Amaşov həmçinin təklif edib ki, informasiya təhlükəsizliyi ilə bağlı qanunlara daha fundamental yanaşılsın, informasiya təhlükəsizliyi ilə bağlı ayrıca konsepsiya, yaxud da qanun qəbul olunsun.

Xatırlatma

Azərbaycanda internet mediası «Kütləvi informasiya vasitələri haqqında» Qanunla tənzimlənir.

1999-cu ildə qəbul edilmiş həmin qanuna indiyədək 77 dəfə dəyişiklik edilib. Həmin dəyişikliklərdən bir neçəsi məhz internet mediası ilə bağlı olub. 2001-ci ildə qanunun 3-cü maddəsinə edilmiş dəyişikliklə internet kütləvi informasiya vasitələri sırasına daxil edilib.

Həmin maddəyə görə, kütləvi informasiya vasitələri dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet informasiya ehtiyatı, kinoxronika proqramları və digər yayım formaları nəzərdə tutulur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG