Keçid linkləri

Təcili xəbərlər
2021, 12 May, çərşənbə, Bakı vaxtı 22:31

Ermənistanda erkən seçki ilin sonunda ‘keçirilə bilər’


Nikol Pashinian jurnalistlərin suallarını cavablandırır

Ermənistanın baş naziri Nikol Pashinian ölkədə növbədənkənar parlament seçkisinin ilin sonunda keçirilə biləcəyini deyir. O bu haqda ötən gün – sentyabrın 30-da jurnalistlərə danışıb.

Ancaq bundan ötrü mövcud parlament buraxılmalıdır.

Baş nazir qeyd edib ki, buraxılmanın bir neçə mexanizmi var və yaxın gələcəkdə parlamentdə qüvvələrlə danışıqlar başlanacaq.

“Problem konstitusiyaya düzəlişdə deyil, erkən parlament seçkisinin keçirilməsinə nail olmaqdadır. Biz bu mexanizmlərin müzakirəsinə hazırıq. Bəli, konstitusiyaya düzəliş variantlardan biridir, amma yeganə variant deyil, başqa variantlar da var”, – baş nazir deyib.

Pashinian hakimiyyətə bu ilin mayında, kütləvi etirazlar nəticəsində gəlib.

XS
SM
MD
LG