Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 06:17

Tehran yaraqlılara raket zərbəsi endirir


Əhvazda öldürülmüş 4 yaşlı Mohammad Taha Eghdami-nin fotoları

İran Suriyadakı yaraqlılara bir neçə ballistik raket zərbəsi endirib. İran dövlət mediasının məlumatına görə, bu yaraqlılar İranda hərbi parada hücumda ittiham olunanlardır. Həmin hücumda azı 24 nəfər öldürülüb, 60-dan çox adam yaralanıb.

Fars agentliyi oktyabrın 1-də xəbər verib ki, İranın raket zərbəsindən bir neçə yaraqlı həlak olub. Zərbələr Suriyanın şərqindəki Albu Kamal regionuna endirilib.

İranın 22 sentyabr hücumunda ərəb separatçıları ittiham edib.

Əhvaz şəhərində törədilmiş hücuma görə məsuliyyəti İslam Dövləti yaraqlıları da üzərinə götürüb.

İranın İslam İnqilabı Keşikçiləri Qvardiyası (İİKK) oktyabrın 1-də bəyan edib ki, “Əhvazdakı terror cinayətinə görə məsuliyyət daşıyanların qərargahı” hədəfə alınıb.

XS
SM
MD
LG