Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:42

Bakıda "Qarabağa azadlıq" şüarı ilə mitinq keçirildi


Bakıda Qarabağa azadlıq tələbi ilə aksiya
Bakıda Qarabağa azadlıq tələbi ilə aksiya

Sentyabrın 29-da Bakıda Qarabağ münaqişəsi ilə bağlı mitinq keçirilir.

Qarabağ Azadlıq Təşkilatı (QAT) və bəzi siyasi-ictimai xadimlərin təşkil etdiyi mitinq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılıb.

Bakıda Qarabağa azadlıq tələbi ilə aksiya
Bakıda Qarabağa azadlıq tələbi ilə aksiya

Qarabağ mitinqinə YAP-dan munasibət.

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bütövlükdə Azərbaycan iqtidarı, Azərbaycan xalqı məşğul olur”

Bu sözləri Trend agentliyinə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov
Siyavuş Novruzov

S.Novruzov bildirib ki, stadionda keçirilən bir mitinqlə Dağlıq Qarabağ problemi ilə bağlı münasibət formalaşdırmaq olmaz: “Bu gün Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı zəruri addımları atır. Həm danışıqlarda, həm də ordunun gücləndirilməsində, yeni silahlarla təchiz olunmasında lazımi işlər görülür. Elə Bakıda keçirilən son iki hərbi parad buna daha bir nümunədir….”.

S.Novruzov vurğulayıb ki, Dağlıq Qarabağla bağlı çağırış edən mitinq təşkilatçılarının hamısı övladlarını xaricdə saxlayıb, hərbi xidmətə göndərməyib: “Çağırış edən şəxs birinci növbədə öz övladını gətirər, təqdim edər … Yalnız bundan sonra o insanlar xalq qarşısında hansısa fikir irəli sürə bilər. Onlar müxtəlif siyasətlərə xidmət edən və bununla xalqın heysiyyəti ilə oynamağa cəhd göstərən insanlardır. Deyirlər ki, guya mitinqə gəlməyən Qarabağı istəmir. Bunlar hamısı yanlış fikirdir. Qarabağ mitinqi kiçik bir futbol stadionuna sığan mitinq ola bilməz. Qarabağ mitinqi bütün Azərbaycandır, bütün xalqdır…”.

Bu gün, sentyabrın 29-da Qarabağ Azadlıq Təşkilatı və bəzi ictimai-siyasi şəxslərin təşkilatçılığı ilə Bakının “ Məhsul” stadionunda razılaşdırılan mitinq keçirilib. Mitinqdəki bəzi çıxışlarda hökumət Qarabağ münaqişəsi ilə bağlı ciddi bir iş görməməkdə günahlandırılıb.

Keçmiş nazirdən tənqid

Qarabağ Komitəsinin digər üzvü, 1992-1993-cü illərdə daxili işlər naziri işləmiş İsgəndər Həmidov da çıxışında hökuməti sərt tənqid edib.

“ Bu vətən bizimkidir, iqtidarınkı deyil”, deyə o vurğulayıb.

Keçmiş nazir sonra hakimiyyəti tayfabazlıqda, qohumbazlıqda və korrupsiada ittiham edib. O hökuməti Qarabağı azad etməyi bacarmadığıa görə tənqid edib.

İ.Həmidovun çıxışı mitinq itirakçılarının “istefa” şüarları səsəlnədirməsi ilə müşyət olunub. Keçmiş nazir çıxış edərkən onun mikrofonu bir neçə dəfə sönüb.

Prazident nə demişdi?

Ancaq rəsmilər isə Azərbaycanın ərazilərinin işğalına görə, adətən İsgəndər Həmidovun da təmsil olunduğu “AXC-Müsavat” hakimiyyətini tənqid edir. Prezident İlham Əliyev bu günlərdə parlamentin 100 illik yubleyi ilə bağlı çıxışında deyib:

“1992-ci ildə dövlət çevrilişindən sonra vəziyyət daha da ağırlaşdı və Azərbaycan çox çətin çağırışlarla üz-üzə qalmışdı. 1992-ci ildə hakimiyyətə gəlmiş qüvvələr ölkəmizi uçuruma aparırdı, ölkəmizdə siyasi-iqtisadi böhran dərinləşirdi, Ermənistan işğalçılıq siyasətini genişləndirirdi, torpaqlarımız işğal altına düşürdü...”

--

Rəsmi şəxslər isə Qarabağ münaqişəsi ilə bağlı hakimiyyətin tənqid edilməsini düzgün saymırlar.

Rəsmi AZƏRTAC agentliyinin bu gün, sentyabrın 29-da yaydığı məlumata görə, deputat Elman Nəsirov deyib ki, artıq Ermənistanin yeni rəhbərliyinin mövqeyində müsbət dəyişiklik var:

“Dövlətimizin başçısı bildirib ki, münaqişə Ermənistan-Azərbaycan münaqişəsidir, heç bir halda qondarma rejim danışıqlar prosesinə qoşula bilməz. Pashinian isə bu günlərdə BMT Baş Məclisinin 73-cü sessiyasında çıxışı zamanı qeyd etmişdi ki, guya Azərbaycanın Dağlıq Qarabağa iddiası var. Belə olan halda Azərbaycan tərəfi danışıqları ərazisini iddia etdiyi tərəflə, yəni qondarma rejimlə aparmalıdır. O, eyni zamanda, Dağlıq Qarabağın heç bir halda Azərbaycana verilməyəcəyi ilə bağlı fikirlər də səsləndirmişdi. Düşənbə söhbətindən sonra ( Sentyabrın 28-də Azərbaycan prezidenti İ. Əliyev və Ermənistan baş naziri N.Pashinian Düşənbədə Qarabağla bağlı qısa söhbət aparıblar-AR) isə Pashinianın mövqeyində kifayət qədər ciddi və müsbət dəyişikliyin olduğu diqqəti cəlb edir. Yəqin, bu, onunla bağlıdır ki, Pashinianın münaqişənin tənzimlənməsi ilə bağlı əvvəlki mövqeyi, ilk növbədə, daxili auditoriyaya ünvanlanmışdı”

--

lham ismayıl: “Qarabağ məsələsini də monopoliyaya ala bilməzsiniz”

Qarabağ Komitəsinin üzvlərindən, Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl isə çıxışında hökumətin Qarabağ siyasətini tənqid edib, hökuməti hesabat verməyə səsləyib.

Bakıda mitinq
Bakıda mitinq

“Qarabağla bağlı sonuncu kütləvi tədbir o qədər çoxdan olub ki, yaddan çıxıb. Bu günhesabat günündür və o hesabatı biz kimdən soruşmalıyıq? Hesabatı da dövlət verməlidir.Bu ölkənin bir nömrəli problemindən nə millətin, nə dövlətin xəbəri var. Nə cüraparmısız, 25 illik siyasəti ki, 25 ildə heç nə əldə olunmayıb. Cəmiyyətə heç vaxt hesabatverilməyib ki, məsələ hansı durumdadır, Qarabağ siyasətini necə aparırlar. Biz o hesabatıistəyirik”, İ.İsmayıl deyib.

O, hökuməti hər şeyi monopoliyaya almaqda ittiham edib.

“Hər şeyi monoolyaya ala bilərsiniz, ancaq Qarabağ məsələsini də monopoliyaya ala,məsələni arxada gizli həll edə bilməzsiniz... Sülh danışılarında ədalət bizdə, beynəlxalqhüquq bizdə, ancaq işğalçı ölkə daha böyük uğurlar qazanır. Biz tələb edirik, edəcəyik - 25ildə nə etmisiziniz?”.

“Guya Rusiya onları cəzalandıracaq, 7 rayonu qaytaracaq”

İ.İsmayıl daha sonra da deyib:

“Bizi ancaq aldatmaqla məşğuldurlar, illüziya ilə məşğuldular. Guya, Ermənistan əhalisiacından ölür, Rusiya onları cəzalandıracaq, 7 rayonu qaytaracaq. Bu məlumatlarınmənbəyinə baxırsan, məlum olur ki, 7 rayon qaytarılandan sonra Qarabağ müstəqilolmalıdır. Bizi bu illüziyalarla aldatmaq, Rusiya bizə rayon qaytaracaq, torpaq qaytaracaqtəbligatı olmaz, buna son qoyulmalıdır”.

--

Akif Nağı: “Biz xəcalət işçində yaşayırıq,…”

“Bütün xalq Qarabağın azadlığını tələb etməlidir”.

Mitinqin açılışında çıxış edən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı belə deyib.

O, mitinqin təşkilatıçısı olan Qarabağ Komitəsinin fəaliyyətindən danışıb, qurumda tanınmış ictimai-siyasi xadimlərin, siyasi partiyaların, keçmiş döyüşçülərin təmsil olunduğunu bildirib.

“Mitinq bizim məqsədimiz deyil. Mitinq torpaqlarımızın işgaldan azad olunması üçün vasitələrdən biridir. Məqsədimiz Dağlıq Qarabağın işgaldan azad olunması üçün cəmiyyətin fəallığının ən yüksək həddə çatdırılmasıdır. ”

Akif Nağı sonra da deyib:“ Məqsəd Qarabağın azadlığıdır. Başqa heç bir məqsədimiz yoxdur, ola bilməz. Biz xəcalət işçində yaşayırıq, başımızı dik tuta bilmirik… ”.

Akif Nağı beynəlxalq qurumlara xitab edib, onları münqaişənin həlli ilə bağlı Ermənistanın tərəfini tutumaqda ittiham edib.

--

Təşkilatçılardan «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı mitinqin keçirilməsi məqsədinə toxunaraq demişdi ki, Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla ərazilərinin 20 faizini Ermənistan işğalı altında saxlayır. Onlar «Qarabağa azadlıq!» və başqa şüarlarla işğalçılığa etirazlarını bildirəcəklər.

Bakıda mitinq
Bakıda mitinq

Xatırlama

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG