Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:12

İran 4 yaraqlının öldürüldüyünü deyir


İranda hərbi parada hücum, 22 sentyabr, 2018-ci il

İranın İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) bildirir ki, Pakistanda sərhəddə dörd yaraqlı öldürülüb. Hadisə İranın cənub-şərqində yerləşən Sistan-Baluçistan vilayətindəki Saravan sərhəd keçid məntəqəsində baş verib.

İran mediasının sentyabrın 28-də yazmasına görə, “İran qüvvələri dörd terrorçunu öldürüb, ikisini yaralayıb”.

Qruplaşmanın digər üzvlərinin qonşu ölkəyə qaçdığı, qrupun “dünyanın başqalarına xor baxan ölkəsinə” bağlı olduğu bildirilir.

İranın təhlükəsizlik qüvvələri Sistan-Baluçistanda yaraqlılar və narkotik qaçaqçıları ilə tez-tez toqquşur. Bu vilayət əfqan tiryəki və heroininin daşındığı əsas xəttin üzərində yerləşir.

İİKK xəbərdarlıq edir ki, ölkədə sabitsizlik yaratmaq məqsədilə “xarici casus agentliklərinin” maliyyələşdirdiyi terrorçu qrupların istənilən cəhdini dəf edəcək.

Ötən həftə İranda hərbi parada hücum olub, 25 nəfər həlak olub. İran bu hücuma görə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Ştatları ittiham edib.

Hər üç ölkə ittihamları rədd edib.

XS
SM
MD
LG