Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

'Onkoloji xəstə bağırsaq keçməzliyi diaqnozu ilə əməliyyat olunur'-Media icmalı


Valyutadəyişmə məntəqələri ləğv edilərsə...
Gözlə

No media source currently available

0:00 0:03:36 0:00

Valyutadəyişmə məntəqələri ləğv edilərsə... (Video arxiv-2016)

Baş prokurorun korrupsiya ilə mübarizədə açıqladığı statistika, ölkədə valyutadəyişmə məntəqələrinin fəaliyyətə başlamamasının səbəbləri, onkoloji xəstələrin sayı ilə bağlı mübahisələr və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Valyutadəyişmə məntəqəsinin xərcləri

Marja.az saytında «İqtisadçıdan Palataya tövsiyə: Girov və rüsumlar çox yüksəkdir» sərlövhəli yazı oxumaq olar.

Saytın əməkdaşı ölkədə valyutadəyişmə məntəqələrinin hələ də fəaliyyət göstərməməsi barədə iqtisadçı-ekspert Vüqar Bayramovla söhbət edib.

Yazıda bildirilir ki, 2016-ci ilin əvvəllərində qapadılan valyutadəyişmə məntəqələrinin fəaliyyətə başlamasından ötrü qanunverici aktın qəbul edilməsindən 1 il keçir.

İqtisadçı V.Bayramov da deyib ki, 2016-cı ildə bütün valyutadəyişmə məntəqələrinin bağlanması düzgün addım deyildi. Onun hesablamalarına görə, bu məntəqələrin o zaman bağlanması ilə 6 min iş yeri itirildi.

Ekspertə görə, bütün hüquqi mexanizmlər olsa da, məntəqələrin indiyə kimi fəaliyyət göstərməmələrinin bir çox səbəbləri var. V.Bayramovun gümanına görə, bu səbəblərdən biri məntəqələrin yenidən formalaşmasından ötrü tələb olunan depozit məbləğinin yüksək olmasıdır: «Belə ki, valyutadəyişmə məntəqəsi yaratmaq üçün girova ehtiyac var. Lisenziya almaq üçün girov vəsaitinin məbləği məntəqənin yerləşdiyi yerdən asılı olaraq dəyişir».

V.Bayramov deyib ki, məntəqə Bakıda fəaliyyət göstərəcəksə, girov formasında 50 min manat və 50 min dollar ödənilməlidir. Bölgələrdə isə bu bir qədər ucuzdur.

Ekspert eyni zamanda vurğulayıb ki, valyutadəyişmə məntəqəsinin açılmasından ötrü 500 manat dövlət rüsumu da tələb olunur.

V.Bayramova görə, daha bir səbəb valyutadəyişmə məntəqələrinin fəaliyyətindən ötrü təklif edilən yerlərin sahibkarlara heç də münasib olmamasıdır,

İqtisadçı vurğulayıb ki, bunun daha bir əhəmiyyətli səbəbi də valyuta bazarında aktivliyin aşağı olmasıdır.

A.Qeybulla
A.Qeybulla

Onkoloji xəstələrin sayı ilə bağlı statistikaya şübhələr

Modern.az saytında «Tibb eksperti Azərbaycanın baş onkoloquna etiraz etdi» sərlövhəli yazı yer alır.

Yazıda vurğulandığına görə, Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycanın baş onkoloqu Azad Kərimli modern.az-a 2017-ci ilin rəsmi statistikasına əsasən bildirib ki, ölkədə 45 min 756 nəfər onkoloji xəstə rəsmi qeydiyyatdadır. Onların 17 min 527 nəfəri isə 5 il və daha çox yaşayan xəstələrdir.

Müəllif ölkədə onkoloji xəstələrin göstərilən sayının nə dərəcədə gerçəkliyə uyğun olması ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla ilə söhbətləşib. A.Qeybulla isə öz növbəsində deyib ki, baş onkoloqun açıqladığı rəqəmlər Azərbaycan reallığı ilə tamamilə uzlaşmır. Onun fikrincə, onkoloji xəstə olub müalicə götürməyən, müvafiq mərkəzlərdə qeydiyyatda olmayan şəxslər də var: «Onkoloji xəstələrə yanaşmada fərqli məqamlar mövcuddur. Çox zaman xəstəyə onkoloji xəstəlik diaqnozu qoyulduqda, o, müalicə olunmaq istəmir. Onkologiya Mərkəzində qeydiyyatda da olmurlar, yaxud başqa xəstəliklərlə qeydiyyata götürülürlər».

A.Qeybullanın deməsinə görə, elə xəstələr var, onkoloji xəstəliyin bir fəsadı olan bağırsaq keçməzliyi kimi diaqnozlarla əməliyyat edilirlər: «Bütün bunları nəzərə aldıqda, səsləndirilən rəqəmlər Azərbaycan reallığı ilə tam uzlaşmır».

A.Qeybulla deyib ki, bu sahədə real statistikanı əldə etməkdən ötrü bütün onkoloji xəstələrin qeydiyyatı bir mərkəzdə həyata keçirilməlidir və xəstənin harada əməliyyat edilməsindən asılı olmadan onların qeydiyyata alınması mərkəzləşdirilməlidir.

Z.Qaralov
Z.Qaralov

Korrupsiya ilə bağlı 8 min 604 müraciət

«Azərbaycan» qəzetində baş prokuror Zakir Qaralovun «Azərbaycan prokurorluğu 100 illiyini yeni uğur və nailiyyətlərlə qeyd edir» başlıqlı yazısı dərc edilib.

«Korrupsiyaya qarşı mübarizə sahəsində son bir ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə vətəndaşların 8604 müraciəti daxil olub», - deyə Z.Qaralov vurğulayıb.

Baş prokuror bildirir ki, bunların 4102-si ərizə və şikayət, 4502-si isə «161-Qaynar xətt» əlaqə mərkəzi üzrə qəbul edilmiş müraciətlərdir.

Yazıda vurğulanır ki, «161-Qaynar xətt» əlaqə mərkəzinə daxil olmuş şikayətlərdən prokurorluğun səlahiyyətinə aid olan 306 müraciət üzrə Baş idarədə və prokurorluğun digər struktur qurumlarında araşdırma aparılıb,15-i üzrə isə cinayət işi başlanılıb: «Həmin dövr ərzində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət xarakterli material kimi baxılmış 279 müraciət və digər məlumatlardan 193-ü üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılıb. Qeyd olunan dövr ərzində qurumda 348 şəxs barəsində 234 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün ittiham aktı ilə aidiyyəti məhkəmələrə göndərilib».

Z.Qaralov yazıb ki, prokurorluq müstəqil Azərbaycanla birgə inkişaf edir.

XS
SM
MD
LG