Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 07:06

2024-cü il Avropa çempionatı Almaniyada olacaq


UEFA prezidenti Aleksander Ceferin ev sahibinin adını açıqlayır

Futbol üzrə 2024-cü il Avropa çempionatı Almaniyada keçiriləcək. UEFA-nın icraiyyə komitəsində səsvermədə Almaniya Türkiyəni məğlub edib.

Bu turnir 1988-ci ildə də Almaniyada keçirilib.

Türkiyə artıq dördüncü dəfədir ev sahibliyi üçün müraciət edir, amma qalib gələ bilmir.

İcraiyyə komitəsi 12-4 Almaniyanın xeyrinə səs verib.

Almaniya 1974 və 2006-cı illərdə Dünya Çempionatına da ev sahibliyi edib.

Çempionatda 24 komanda 51 oyun keçirəcək. Yarışlar Almaniyanın 10 şəhərində baş tutacaq.

2020-ci il çempionatı isə Avropanın müxtəlif yerlərində olacaq.

2016-cı ildə çempionat Fransada keçirilmişdi və ondan 2 milyard avroluq gəlir götürülmüşdü. UEFA-nın qazancı 850 milyon avro (1 milyard dollar) idi.

XS
SM
MD
LG