Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 05:20

Duma pensiya qanununu yekun oxunuşda qəbul edib


Moskvada dilənən rusiyalı qadın

Rusiya parlamentinin aşağı palatası – Duma pensiya yaşının artırılmasını nəzərdə tutan qanun layihəsini üçüncü, yekun oxunuşda təsdiqləyib.

333 deputat layihənin lehinə, 62 nəfər əleyhinə səs verib.

Bir gün öncə layihə ikinci oxunuşda təsdiqlənmişdi.

Prezident Vladimir Putin qadınlar üçün pensiya yaşının səkkiz deyil, beş il artırılmasını təklif etmişdi, bu təklif yekdilliklə qəbul olunub.

Yeni layihədə qadınlar üçün pensiya yaşı 50-dən 60-a qaldırılır, 63-ə deyil.

Pensiya yaşının qaldırılması ölkədə etirazlar yaradıb, Putinin reytinqi düşüb.

O, əvvəlcə özünü təklifdən kənar tutsa da, avqustun 29-da təklif edib ki, qadınlar üçün yaş 60-a qaldırılsın.

İndi layihəni Federasiya Şurası təsdiqləməli, daha sonra Putin onu imzalamalıdır.

XS
SM
MD
LG