Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:04

Slovakiyada jurnalistin qətlində şübhəlilər saxlanıb


Bratislavada nümayiş

Slovakiya polisi yeddi ay öncə araşdırmaçı jurnalist və nişanlısının qətlində şübhəliləri saxlayıb. Məlumatı yerli media yayıb.

Baş nazir Peter Pellegrini sentyabrın 27-də Facebook-da yazıb ki, “polisin iki günahsız gəncin qətlinə görə şübhəliləri həbs etməsi” xəbərindən məmnundur. O, həmin təhqiqatın hökuməti üçün prioritet olduğunu vurğulayıb.

Jan Kuciak nişanlısı Martina Kusnirova ilə fevralda paytaxt Bratislava yaxınlığındakı evində ölü tapılmışdı. Hər ikisinin 27 yaşı vardı.

Rəsmilər bu qətlin Kuciak-ın işinə görə sifarişli olduğunu bildirib.

Dennik N xəbər portalı polisdəki mənbələrə istinadla ümumilikdə səkkiz şübhəlinin saxlandığını, onların içində şübhəli killerin və ona yardım edənlərin olduğunu yazır.

Kuciak ailəsinin vəkili həbslərin bu gün səhər tezdən aparıldığını vurğulayır.

Jurnalist siyasi korrupsiyanı araşdırırdı. Onun ölümü Slovakiyada böyük etirazlar doğurdu.

XS
SM
MD
LG