Makedoniyanın adının dəyişdirilməsi üzrə keçiriləcək referendumda seçici iştirakının azaldılması üçün genişmiqyaslı onlayn kampaniya aparılır. Bunu Seçki Bütövlüyü üzrə Trans-Atlantik Komissiya bildirir.
Bu komissiyaya ABŞ-ın keçmiş vitse-prezidenti Joe Biden, Britaniya baş nazirinin keçmiş müavini Nick Clegg kimi tanınmışlar daxildir.
50 FAİZ SƏS VERMƏLİDİR
Qurum bildirir ki, seçici fəallığının azaldılmasına yönəlik səylərin məqsədi 30 sentyabr referendumunu iflas etdirməkdir. Referendumun baş tutmasından ötrü seçicilərin 50 faizi səs verməlidir.
Referenduma ölkənin adının Şimali Makedoniya olması çıxarılır. Yunanıstanla bu razılaşmanı ölkənin yeni sosialist hökuməti əldə edib. Seçicilər bu təklifə “hə” deyərlərsə, Makedoniyanın Avropa İttifaqı və NATO üzvlüyünə yolu açılmış olar.
Son rəy sorğuları onlayn kampaniyanın referendumun nəticəsinə təsir göstərə biləcəyini üzə çıxarıb. Belə ki, ad dəyişikliyini seçicilərin 70 faizi dəstəkləsə də, 58 faizdən də azı səsverməyə getmək niyyətində olduğunu açıqlayıb.
“Makedoniyalıların demokratik hüquqlarını önləmək və referendumu legitimsizləşdirmək üçün açıq-aşkar təşkil olunmuş cəhd olunur”, – komissiya bəyanatında vurğulayıb.
“Makedoniyalıların ölkələrinin gələcəyinə qərar verə bilərlər. Onları bazar günü səslərini eşitdirməyə çağırırıq. Yeli hakimiyyət beynəlxalq ictimaiyyətlə birlikdə bazar günü seçkisinin bütövlüyünü təmin etməkdən ötrü gərəkən addımları atmalıdır, ziyanlı hərəkət cəzasız qalmamalıdır”, – qurum bildirir.
FƏALİYYƏT ARTIB
Komissiya seçkiyə müdaxilə kampaniyasının mənbəyini hələ müəyyənləşdirə bilmədiyini vurğulayır.
Ancaq son 50 gün ərzində Twitter-də mesajlar yerləşdirən avtomatik botların sayının artdığını, yeni və mövcud avtomatlaşdırılmış hesabların fəaliyyətini gücləndirdiyini qeyd edir.
Kampaniya çərçivəsində referendumu boykot çağırışları dəstəklənir. Qeyd edək ki, Makedoniyanın müxalifət partiyaları və siyasətçiləri səsverməni boykota çağırır.
Komissiya qeyd edir ki, Twitter-də Makedoniya referendumu ilə bağlı müşahidə olunan siyasi fəaliyyətin səviyyəsi indiyədək xarici müdaxilənin iddia olunduğu Meksika və İtaliya seçkilərindən yüksəkdir.
Qurumun məlumatına görə, Yunanıstan və Makedoniyadan fərdlərdən antireferendum qruplarına gizli maliyyə kampaniyasına dəlil də aşkarlayıb.