Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Mart, Cümə, Bakı vaxtı 18:12

Poroshenko Rusiyanın təcavüzünü dayandırmağa çağırır


Petro Poroshenko BMT-də çıxış edir

Ukrayna prezidenti Petro Poroshenko digər ölkələri Rusiyanın onun ölkəsinə qarşı təcavüzünün dayandırılmasına kömək etməyə çağırır. O deyib ki, belə “ekspansionizm”lə mübarizə BMT missiyasının bir hissəsidir.

Poroshenko sentyabrın 26-da BMT Baş Məclisində çıxış edib. O, çıxışını əsasən Rusiyanın tənqidinə həsr edib.

Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib və o vaxtdan Ukraynanın şərqində separatçıları dəstəkləyir. Müharibədə 10 min 300-dən çox ölən olub.

Poroshenko deyib ki, Rusiyanın “aqressiv ekspansionist siyasətini” heç nə dayandıra bilməz, bundan ötrü digər ölkələr Moskvanın liderlərinə qarşı birləşməlidirlər.

“Onları bununla məşğul olmağa məcbur etməliyik. Yoxsa burada olmağımızın nə anlamı var?” – o sual edib.

Rusiya Poroshenko-nun nitqinə dərhal reaksiya verməyib.

Kreml indiyədək Ukraynanın şərqindəki əli olmadığını deyib.

BMT-də keçirilən başqa bir forumda isə Poroshenko Ukraynada BMT sülhməramlı missiyasını yerləşdirməyə çağırıb, bunun Ukraynanın “suverenlik və ərazi bütövlüyü”nün bərpasına kömək edəcəyini deyib.

XS
SM
MD
LG