Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:29

İranın ‘indi kələkbaz kimdi’ oyunu – Qərb mediası


Nyu Yorkda İrana qarşı etiraz aksiyası, 24 sentyabr, 2018-ci il
Nyu Yorkda İrana qarşı etiraz aksiyası, 24 sentyabr, 2018-ci il

Çoxmillətli forumlardan uzun müddət təcrid olunmuş İran indi özünə beynəlxalq legitimlik qazanmaqdadır. Həm də təkcə BMT Baş Assambleyasında deyil, Təhlükəsizlik Şurasının beş daimi üzvünün dördü və Avropa İttifaqı tərəfindən.

Atlantik Şurasının portalında Barbara Slavin yazır ki, ABŞ prezidenti Donald Trump Baş Məclisdə İslam Respublikasını “qəddar, korrupsioner və diktator” adlandırandan bir gecə öncə P4+1 ölkələri, yəni Britaniya, Fransa, Almaniya, Çin və Rusiya İranla 2015-ci ildə imzalanmış nüvə sazişinə dəstəklərini bir daha vurğulayıb. Onlar xarici şirkətlərin Trump administrasiyasının bərpa etdiyi sanksiyalardan yayına bilməsindən ötrü xüsusi ödəniş mexanizmi də vəd edib.

Donald Trump (solda) və Hassan Rohani
Donald Trump (solda) və Hassan Rohani

Bu addım daha çox simvolik görünə bilər. İranın milli valyutası olan rial ucuzlaşır, transmilli şirkətlər İrandan çıxır. Ancaq ingilis və farsca yayılmış video-açıqlama, İranın xarici işlər naziri Mohammad Javad Zarif-in P4+1 həmkarları ilə dostcasına söhbəti bir mesajı ötürür – nüvə silahlarının yayılmaması məsələsində Tehran məsuliyyətli tərəfdaşdır, Birləşmiş Ştatlar isə oyunpozandır”, – müəllif yazır.

Yazıda qeyd olunur ki, İran Vaşinqtonda hər iki partiyanın dəstəyini qazanmaqdan ötrü çox iş görməlidir. Hökumət yürüşlərində “Amerikaya ölüm”, “İsrailə ölüm” şüarları yığışdırılmalıdır. Saxta ittihamlarla həbs olunmuş ikili vətəndaşlar və digər məhbuslar buraxılmalı, qadınların, vətəndaş cəmiyyətinin repressiyasına son qoyulmalıdır.

“Vaşinqton nüvə sazişinə qayıtmalı, onu digər məsələlərlə bağlı legitim narahatlıqları üçün əsas kimi istifadə etməlidir. Hər iki tərəf diplomatiya əvəzinə şivən qoparmağa son qoymalıdır”, – müəllif vurğulayır.

Amerikalılar xəbər mediası barədə nə düşünür

Amerikalıların çoxu xəbərlərdən dəqiqlik gözləyir, amma əksəriyyət onu da deyir ki, xəbər təşkilatları səhvləri işıqlandırır, tərəf saxlayır. Bunu “Pew” araşdırma mərkəzinin yeni rəy sorğusu üzə çıxarıb.

Vaşinqton, arxiv fotosu
Vaşinqton, arxiv fotosu

Bu il fevralın 22-dən martın 4-dək 5 mindən çox amerikalının rəyi soruşulub. Prezident Donald Trump ilə xəbər mediası arasında bir ildir gərginlik yaşanır. Rəy sorğusu göstərib ki, partiya üzvlərinin xəbər mediasına münasibətindəki fərq də kəskinliyi ilə qalır.

Xəbər mediasının keşikçi rolu, siyasi mövzularda ədalət, həm dövlət, həm də yerli xəbər təşkilatlarının informasiyasına inam məsələlərində respublikaçılarla demokratlar arasında ciddi fikir ayrılıqları var.

Demokratların 82 faizi xəbər mediasının keşikçi rolunu dəstəkləyir. Respublikaçıların isə cəmi 38 faizi belə düşünür.

Müqayisə üçün, 2016-cı ildə, Obama administrasiyası dövründə partiyaların xəbər mediasının keşikçi roluna dəstəyi təxminən eyni idi.

Rəyi soruşulanların 68 faizi düşünür ki, xəbər mediası siyasi və sosial məsələlərdə tərəf tutur. Hər 10 nəfərdən yalnız 3-ü medianın bütün tərəflərə ədalətlə yanaşdığını deyib.

Respubikaçıların 86, demokratların isə 52 faizi xəbər təşkilatlarının tərəf saxladığını vurğulayıb.

Almaniyada miqrasiya siyasətinə etiraz aksiyası, arxiv fotosu
Almaniyada miqrasiya siyasətinə etiraz aksiyası, arxiv fotosu

Avropada ədalət axtaran suriyalılar

“The Guardian” qəzeti suriyalı qadınların Avropada yaratdığı “Ailələr Azadlıq uğrunda” təşkilatının fəaliyyətindən söz açır. Bu qurum 2011-ci ildən bəri saxlanmış, yaxud itkin düşmüş on minlərlə suriyalının fotolarını yayır. Ailələri saxlananlara azadlıq tələb edir.

“Bu şəhərlər azadlıq və demokratiyanı dəyərləndirir. Qanunsuz saxlanmış, yaxud itkin düşmüş bu gənc kişi və qadınlar da həmin dəyərlər uğrunda mübarizə aparıb”, – 64 yaşlı Fadwa Mahmoud deyib.

Berlinin şərqində Hohenschönhausen keçmiş “Ştazi” həbsxanasının beton divarları qarşısında qırmız rəngli avtobus dayanıb, üzərində həmin məhbusların fotoları yer alıb, alman və ərəbcə “Onları azad edin” yazılıb.

Hohenschönhausen ikinci dünya müharibəsindən sonra sovet düşərgəsi kimi fəaliyyət göstərib, burada 20 minədək məhbus saxlanıb. Daha sonra Almaniya Demokratik Respublikasının (GDR) mərkəzi həbsxanasına çevrilib, 11 min məhbus yerləşdirilib.

Berlində minlərlə suriyalı qaçqın yaşayır, 2015-ci ildən Almaniyaya gələn qaçqınların 5 faizi paytaxta sığınıb.

XS
SM
MD
LG