Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:16

Kavanaugh-nun Ali Məhkəməyə namizədliyi səsverməyə çıxarılır


Donald Trump (sağda) və Brett Kavanaugh

Sentyabrın 28-də ABŞ Senatının ədliyyə komitəsi Brett Kavanaugh-nun Ali Məhkəməyə namizədliyini səsə qoyacaq. Onun namizədliyi Prezident Donald Trump tərəfindən irəli sürülüb, amma barəsində cinsi təcavüz iddiaları ortaya çıxınca ertələnib.

Trump iki qadının səsləndirdiyi iddiaları “demokratların oynadığı fırıldaq” adlandırıb.

Respublikaçıların deməsinə görə, Senatda səsvermə gələn həftə keçirilə bilər.

Sentyabrın 27-də Kavanaugh-nu hər ikisi yeniyetmə ikən ona qarşı cinsi nalayiq hərəkətlərdə ittiham edən Christine Blasey Ford komitədə ifadə verəcək.

Deborah Ramirez adlı başqa bir qadın isə onu 1984-cü ildə Yale Universitetində parti zamanı oxşar hərəkətdə suçlayıb.

Kavanaugh bütün ittihamları rədd edib.

XS
SM
MD
LG