Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

Lavrov rusiyalının Norveçdə həbsini pisləyir


Sergei Lavrov
Sergei Lavrov

Rusiyanın xarici işlər naziri Sergei Lavrov sentyabrın 25-də Norveçdə Rusiya parlament rəsmisinin casusluqda şübhəli bilinərək saxlanmasını tənqid edib.

Lavrov casusluq ittihamlarını “propaqanda” adlandırıb:

Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində çıxış edən Lavrov deyib:

“Propaqanda beyninizi yuyub. Vətəndaşımızın başına nə gəldiyini anlamaq istəyirik”, – Lavrov Nyu Yorkda BMT Baş Məclisi çərçivəsində norveçli jurnalistin sualına cavabında deyib.

Onun Norveç parlamenti tərəfindən dəvət olunduğunu anlayırsız? Norveç qonaqpərvərliyi rekord qırır”, – o, istehzayla sözlərinə əlavə edib.

Mikhail Bochkaryov (ortada, bığlı) konfransda
Mikhail Bochkaryov (ortada, bığlı) konfransda

Mikhail Bochkarev sentyabrın 21-də saxlanıb. O, Avropa parlament administrasiyaları arasında əməkdaşlığın möhkəmləndirilməsi üzrə konfransda iştirak edirdi.

Moskva casusluq ittihamlarını qətiyyətlə rədd edib, bunu “Rusiya ətrafında casus maniyası”na örnək adlandırıb və Bochkarev-in azadlığa buraxılmasını tələb edib.

CASUS MÜBADİLƏSİ?

Rusiya Xarici İşlər Nazirliyi Norveçin Moskvadakı səfiri Rune Resaland-ı çağıraraq həbsə görə ona etirazını bildirib.

Nazirliyin məlumatına görə, Bochkaryov Rusiya parlamentinin yuxarı palatasının – Federasiya Şurasının işçisidir və Norveçə də dəvətlə, beynəlxalq seminarda iştirak etməyə gedib.

Erna Solberg
Erna Solberg

Norveçin baş naziri Erna Solberg isə bu işin siyasi olmadığını deyib.

Norveç mediasının yazmasına görə, bu şəxs Rusiya parlamentinin informasiya texnologiyaları üzrə müşaviridir və onun ikigünlük konfransdakı davranışı rəsmilər kəşfiyyat xidməti aparmağa məcbur edib.

Federasiya Şurasının xarici işlər komitəsinin sədr müavini Andrei Klimov sentyabrın 25-də deyib ki, ola bilsin, Norveç hakimiyyəti Bochkaryov-u Rusiyada casusluq ittihamıyla saxlanmış norveçli Frode Berg-ə dəyişmək üçün saxlayıb.

“Bu, əslində, adam oğurluğuna bərabərdir. Reallıqda bu təcrübənin nəticəsi pis ola bilər. Kiminsə agenti ifşa olursa, bu o demək deyil ki, vətəndaşları dəyişmək üçün oğurlamalısan”, – deputat vurğulayıb.

Norveç mediasının yazmasına görə, Bochkaryov dəlili məhv etmək riskinə görə iki həftə saxlanacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG