Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Azərbaycan separatçılara xəbərdarlıq edir


2016-cı ilin aprel döyüşlərində Azərbaycanın nəzarətinə geri aldığı Lələ Təpə yüksəkliyi
2016-cı ilin aprel döyüşlərində Azərbaycanın nəzarətinə geri aldığı Lələ Təpə yüksəkliyi

Azərbaycan Ermənistanın dəstəklədiyi qüvvələrin separatçı Dağlıq Qarabağ regionunda bu həftəyə planlaşdırdığı təlimləri gərginliyi artırmağa yönəlmiş “təxribat” adlandırıb.

Qarabağdakı separatçıların bildirməsinə görə, sentyabrın 25-dən 28-dək hava qüvvələri hərbi təlimlər keçirəcəklər, məqsəd pilot bacarıqlarını təkmilləşdirməkdir.

Müdafiə Nazirliyi bəyan edir ki, “ön xətdə yerləşən bölmələrimizin mövqelərinə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq. Baş verə biləcək itkilərə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək”.

Separatçıların sözçüsü isə deyib ki, “Azərbaycan tərəfdən hər hansı hədə, yaxud aqressiv davranış” hiss edərlərsə, bunu cavabsız qoymayacaqlar.

MƏMMƏDYAROV PASHİNİAN-I SUÇLAYIR

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov (sağda) və Elmar Mammadyarov, arxiv fotosu
Rusiyanın xarici işlər naziri Sergei Lavrov (sağda) və Elmar Mammadyarov, arxiv fotosu

Dağlıq Qarabağ münaqişəsinin həllinə ATƏT-in Minsk qrupu vasitəçilik edir. Minsk qrupuna isə ABŞ, Fransa və Rusiya həmsədrlik edirlər.

Sentyabrın 26-da Nyu Yorkda BMT Baş Assambleyasının toplantısı çərçivəsində iki ölkənin xarici işlər nazirlərinin görüşü gözlənir. Görüş ərəfəsində Azərbaycan Ermənistan rəhbərliyini gərginliyi qızışdırmaqda suçlayıb.

“Ermənistanın yeni baş nazirinin son addımlarını durumu hərbi qarşıdurmaya çevirməyi hədəflədiyini istisna edə bilmərik”, – Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 25-də bildirib.

Sentyabrın 9-da Moskvada ermənistanlı biznesmenlərlə görüşən baş nazir Nikol Pashinian deyib ki, Qarabağı gələcəkdə “Ermənistanın bir hissəsi” kimi görür.

Bakı daha sonra bildirmişdi ki, bu bəyanat münaqişənin həllinə yönəlik beynəlxalq səylərə zərbə vura bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG