Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

Ali Məhkəmə sədrindən onlayn kontentlə bağlı çağırış


Rusiya prezidenti Vladimir Putin (solda) və Vyacheslav Lebedev, arxiv fotosu
Rusiya prezidenti Vladimir Putin (solda) və Vyacheslav Lebedev, arxiv fotosu

Müstəntiqlər ekstremist kontent yaydığı iddia olunan internet istifadəçilərinin kriminal niyyətini sübut edə bilmirlərsə, bu cür “mənasız” cinayət işləri dayandırılmalıdır. Bunu Rusiya Ali Məhkəməsinin sədri Vyacheslav Lebedev sentyabrın 25-də Vladivostok şəhərində keçirilən hüquq forumunda deyib.

Rusiyada memlər, təkrar paylaşımlar və digər sosial media kontenti üzrə cinayət işlərinin sayı artmaqdadır, hüquq-mühafizə orqanları onları nifrət çıxışı sayır.

İnsan haqları təşkilatı və müxalifət qrupları isə hakimiyyətin sosial media istifadəçilərini hədəfə aldığını, narazıları susdurmağa çalışdığını bildirir.

Bu yaxınlarda 19 yaşlı bir tələbə saxlanıb və beş ilədək həbsə məhkum edilə bilər. Səbəb onun “Taxt-tac Oyunları”ndakı Jon Snow obrazını İsa məsihə bənzətməsidir.

Rusiyada "Taxt oyunları"nı izləyirlər
Rusiyada "Taxt oyunları"nı izləyirlər

Bu cinayət işlərindən dolayı Rusiyaya onlayn söz azadlığını tənzimləyən antiekstremist qanunvericiliyə islahatlar etmək çağırışları səslənir.

MƏHKƏMƏLƏRƏ GÖSTƏRİŞ VERİLİB Kİ...

Lebedev deyib ki, belə işlərin artması Ali Məhkəməni aşağı instansiya məhkəmələrinə bir göstəriş göndərməyə məcbur edib. Onlara tapşırılıb ki, mübahisəli onlayn kontentin yarada biləcəyi potensial “ictimai təhlükə”ni və onu yayanın motivlərini nəzərdən keçirsinlər,

“Son üç ildə artan tendensiya ortadadır. İki il öncə 100-dən artıq belə iş vardı, indi 500-dən çoxdur. Bu bizi narahat elədi”, – TASS dövlət xəbər agentliyi Lebedevə istinadla yazır.

Son illər Rusiyada bir sıra satirik sosial media memləri, Rusiya Pravoslav Kilsəsini məsxərəyə qoyan digər İnternet postları ilə bağlı cinayət işləri açılıb.

Nifrət çıxışı yaymaqda təqsirli bilinən rusiyalılara ya şərti cəza verilir, ya cərimə kəsilir, ya da hər iki cəzaya məhkum edilirlər.

Lebedev deyib ki, məhkəmələr müstəntiqlərin iddialarının həqiqiliyini diqqətlə araşdırmalıdırlar, cinayət niyyəti yoxsa, istintaq dayandırılmalıdır. Onun sözlərinə görə, bu halda “mənasız istintaq”ın qarşısı alınar və iş məhkəməyə gedib çıxmaz.

Moskvada mənzillənən SOVA Mərkəzi Rusiyada antiekstremist qanunvericilikdən sui-istifadə hallarını izləyir. Mərkəzin rəhbəri Aleksandr Verkhovsky Facebook-da yazıb ki, Ali Məhkəmənin sentyabrın 20-də yaydığı göstəriş “məlhəm” deyil, amma yenə də “yaxşılığadır”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG