Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 23:55

2040-cı ilədək enerjiyə tələbat 33 faiz artacaq


Arxiv fotosu

Neft ixrac edən ölkələrin təşkilatı – OPEC-in baş katibi Mohammad Barkindo kartellə qeyri-OPEC ölkələri arasında əməkdaşlığa çağırıb. O xəbərdarlıq edib ki, bu baş verməzsə, bir-birinin ardınca böhran yaranar.

“Bir böhrandan digərinə sürüklənməməyimiz üçün OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlıq vacibdir”, – Barkindo Madriddə İspaniyanın Cepsa neft və qaz şirkətinin təşkil etdiyi tədbirdə deyib.

Mohammad Barkindo Rusiyada forumda, oktyabr, 2017-ci il
Mohammad Barkindo Rusiyada forumda, oktyabr, 2017-ci il

İranın neft naziri Bijan Zanganeh bazar günü demişdi ki, OPEC və qeyri-OPEC nazirləri komitəsinin qərarlarına ABŞ prezidenti Donald Trump-ın sözləri təsir göstərməyəcək.

Trump tvitində Birləşmiş Ştatların Yaxın Şərq ölkələrinə dəstəyini neftin qiymətləri ilə əlaqələndirib, OPEC-i qiymətləri aşağı salmağa çağırıb.

OPEC və müttəfiqləri avqustda hasilatı azaldıb. Artıq ABŞ sanksiyaları nəticəsində İrandan təchizat da azalıb.

Barkindo onu da qeyd edib ki, 2040-cı ilədək enerjiyə qlobal tələbat 33 faiz yüksələcək. O, təşkilatın bazar günü açıqladığı proqnozu əsas gətirib.

Neft karteli rəhbərinin sözlərinə görə, proqnozlaşdırılan gələcəkdə neft enerjiyə tələbatda aparıcı rolunu saxlayacaq.

XS
SM
MD
LG