Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:51

Instagram-ın qurucuları istefa verib


İllüstrativ foto

Instagram şəbəkəsinin qurucuları Kevin Systrom və Mike Krieger istefa veriblər. Onlar uyğun olaraq sosial şəbəkənin rəhbəri (CEO) və baş texniki rəhbəri vəzifəsini tuturdular. “Reuters” yazır ki, sosial şəbəkə bu addımın səbəbini düz-əməlli izah da etməyib.

Instagram Facebook-un gəlirləri sürətlə artan xidmətidir.

Bir neçə ay öncə isə Facebook-a məxsus WhatsApp mesajlaşma əlavəsinin yaradıcılarından Jan Koum da vəzifəsindən gedib.

RƏHBƏRLİKDƏ TOQQUŞMALAR VARMIŞ

Bu arada Facebook-un əsas platforması müştərilərin məlumatlarının qorunması məsələsindən dolayı təzyiq altındadır. Sosial şəbəkə saxta informasiyanın yayılmamasını önləməyə çalışır.

Gənc istifadəçilər isə ailə üzvləri və dostları ilə əlaqə saxlamaqdan ötrü alternativ kanallara üz tuturlar.

Systrom bazar ertəsi bloqunda yazıb ki, Krieger ilə birlikdə fasilə götürməyi, “maraq və kreativliyimizi tədqiq etməyi” planlaşdırırlar.

Mark Zuckerberg
Mark Zuckerberg

Bloomberg-in yazmasına görə, bundan öncə Facebook rəhbəri Mark Zuckerberg-lə Instagram-ın idarəçiliyi üzrə vaxtaşırı toqquşmalar yaşanıb.

Zuckerberg bəyanatında bu iki şəxsi “qeyri-adi məhsul liderləri” adlandırıb.

“Son altı ildə onlarla birlikdə işləməkdən çox şey öyrənmişəm və bundan doğrudan zövq almışam. Onlara uğurlar arzulayır, bundan sonra nə quracaqlarını səbirsizliklə gözləyirəm”, – Zuckerberg deyib.

Koum WhatsApp-dan mayda gedib, ondan öncə isə həmtəsisçi Brian Acton istefa verib.

HƏR ŞEY ZUCKERBERG-İN NƏZARƏTİNƏ KEÇİR?

“Reuters” yazır ki, sonucda Facebook rəhbərliyində yerdəyişmələr baş verir vəZuckerberg getdikcə gündəlik əməliyyatlara daha çox təsir göstərir. Zuckerberg-in dostu, Facebook-da proqram məhsulları üzrə menecer Chris Cox WhatsApp və Instagram-a nəzarəti ələ alıb. Axı, Facebook bu xidmətləri alanda onlara müstəqillik verilmişdi.

Facebook-da xəbər lentinə cavabdeh, on il Zuckerberg-lə yaxından işləmiş Adam Mosseri Instagram-da proqram məhsullarının başına keçib.

Instagram və Facebook indiyədək müstəqil işləyib, bir-birinə dəyib-dolaşmayıblar. Amma Facebook-a təzyiq artdıqca Zuckerberg və digər liderlər əsas platformadan kənar xidmətlərə də nəzarət etməli olublar. Söhbət fərdi gizliliyin qorunmasından, sosial mediadan asılılıqla mübarizədən, dezinformasiya və saxta xəbərlərin önlənməsindən gedir.

Facebook Instagram-ı 2012-ci ildə 1 milyard dollara alıb. Bu foto-paylaşım əlavəsinin hazırda ayda 1 milyardddan çox aktiv istifadəçisi var.

Bu il Instagram-ın gəlirlərinin 8 milyard dolları keçəcəyi gözlənir. Bunu EMarketer reklam konsultasiya şirkətinin məlumatına əsasən demək olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG