Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 17:05

Aİ İrana görə yeni ödəniş sistemi yaratmağa çalışacaq


Federica Mogherini Mohammad Javad Zarif ilə BMT-də çıxış edir

Avropa İttifaqı bildirir ki, şirkətlərinin İranla ticarəti davam etdirməsindən ötrü yeni ödəniş sistemi qurmağa çalışacaq.

Birləşmiş Ştatlar mayda Tehranla 2015-ci il nüvə sazişindən çıxıb və İrana sanksiyalara bərpa olunub. Bundan sonra bir sıra şirkətlər bu ölkədən çıxdıqlaını bəyan ediblər.

Sentyabrın 24-də Aİ və İran rəsmiləri BMT-də görüşüblər. Birgə bəyanatda bildiriblər ki, “qanuni biznesi davam etdirməkdən ötrü iqtisadi operatorlarının azadlığını qoruyacaqlar”.

Aİ-nin xarici siyasət rəhbəri Federica Mogherini İranın xarici işlər naziri Mohammad Javad Zarif-lə birlikdə BMT-də bildirib ki, hələ də texniki detallar üzərində işləyirlər.

Avropanın bəzi diplomatlarının “Reuters”ə deməsinə görə, ideya barter sisteminin yaradılmasından ibarətdir. Sovet İttifaqı Soyuq müharibə dövründə bundan istifadə edirdi. Yəni İran nefti Avropa mallarına dəyişdirilə bilər.

Mogherini deyib ki, əsas məqsəd beynəlxalq maraqlar çərçivəsində olan nüvə sazişini qoruyub saxlamaqdır.

XS
SM
MD
LG