Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 17:47

May Tehranı britaniyalı qadını buraxmağa çağıracaq


Theresa May

Britaniyanın baş naziri Theresa May mayın 25-də Nyu Yorkda İranın prezidenti Hassan Rohani ilə görüşəcək. Hökumətin yüksəkçinli rəsmilərinin jurnalistlərə deməsinə görə, baş nazir Tehranda həbs olunmuş İran əsilli britaniyalının buraxılması üçün çağırış edəcək.

Thomson Reuters Fondunun işçisi Nazanin Zaghari-Ratcliffe 2016-cı il aprelin 3-də Tehran aeroportunda həbs olunub.

O, İranın ruhani isteblişmentini devirmək ittihamıyla beş illik həbs cəzası çəkir. Özü isə ittihamı rədd edir, İrana ailəsini görməyə getdiyini deyir.

“Baş nazir Nazanin-in hələ də həbsdə qalmasından ciddi narahatlığını dilə gətirəcək, onu humanitar əsaslarla azadlığa buraxmağa çağıracaq”, – həmin rəsmi deyib.

Bu ayın əvvəlində Britaniya hökuməti İran əsilli vətəndaşlarını İrana vacib olmayan səfərləri ertələməyə çağırıb, bildirib ki, saxlanarlarsa, onları dəstəkləmək imkanları məhduddur.

May sentyabrın 26-da ABŞ prezidenti Donald Trump-la görüşəcək. Onların İngiltərənin Solsberi şəhərində rusiyalı keçmiş casus və qızının zəhərlənməsini müzakirə edəcəkləri bildirilir. London və Vaşinqtonda insidentə görə Moskvanı suçlayıb.

Amma Rusiya ittihamı rədd edib.

XS
SM
MD
LG