Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:03

Kavanaugh namizədliyini geri götürməyəcək


Brett Kavanaugh

ABŞ prezidenti Donald Trump-ın Ali Məhkəmə hakimliyinə namizədliyini verdiyi Brett Kavanaugh özünə qarşı yeni cinsi təcavüz ittihamlarını rədd edib, namizədliyini geri götürməyəcəyini deyib.

Trump da Kavanaugh-ya dəstəyini bir daha vurğulayıb. O, sentyabrın 24-də bu hakimi “böyük insan” adlandırıb, “həmişə onun yanında olduğunu” deyib.

Kavanaugh Senatın ədliyyə komitəsinə məktubunda yazıb ki, prosesdən çəkilmək niyyəti yoxdur.

Komitə sentyabrın 27-nə dinləmə təyin edib, onu 1982-ci ildə cinsi təcavüzdə suçlayan Christine Blasey Ford adlı universitet professoru komitədə ifadə verəcək.

Deborah Ramirez adlı ikinci qadınsa hakimi 1983-84-cü illərdə Yale UNiversitetində təhsil alarkən cinsi nalayiq hərəkətlərdə ittiham edib.

Kavanaugh hər iki qadının ittihamlarını rədd edib.

XS
SM
MD
LG