Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:24

Avropa məhkəməsi Azərbaycan hökumətinə suallar göndərib


Avropa İnsan Haqları Məhkəməsi
Avropa İnsan Haqları Məhkəməsi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş daha 16 şikayətlə bağlı hökumətə suallar göndərib.

Şikayətləri araşdırılanlar arasında jurnalistlər, fəallar, inanclı insanlar və keçmiş məmur var.

Bu haqda AİHM-in məlumatında bildirilir.

Araşdırılmasına başlanan şikayətlərdə əsasən, ifadə azadlığı, qanunsuz həbs edilməmək hüquqlarının pozulduğu iddia edilir.

Araşdırılan şikayətlərdən biri 2015-ci ilin yanvarında 5 il azadlıqdan məhrum edilən “Azadlıq” qəzetinin əməkdaşı və “Azərbaycan saatı” internet verilişinin aparıcısı Seymur Həzinindir. Jurnalistin vəkillərinin AİHM-ə şikayətində qeyd olunub ki, O, ittiham üzrə ( xuliqanlıq) günahkar deyil, həbs edilməsi sırf peşə fəaliyyətini məhdudlaşdırmaq məqsədi daşıyıb.

İnzibati həbs edilənlərin şikayətləri də araşdırılır

Şikayəti araşdırılanlar arasında bir neçə müxalifətçinin və fəalların da adı var. Onlar məhkəməyə müraciətlərində əsasən, inzibati qaydada həbs edilmələrindən, habelə cərimə olunmalarından şikayət ediblər. Bu əsaslarla Turan İbrahimovun, Qədir Agakişiyevin, Vüqar Rəfiyevin, Nazim Həsənovun, Şakir Həsənovun şikayətləri araşdırılır.

Polad Qasımov, İldar Feyzov, Cavid Məmmədov, İzolda Agayeva, Ruslan Muradovun şikayətlərində də onların qanunsuz saxlanıldıqları iddia edilir. Onların şikayətləri yerli məhkəmələrdə rədd edilib.

Araşdırılan daha bir şikayəti də “namaz məhbusu” kimi tanınan Sardar Babayevin vəkilləri göndəriblər. Onun vəkilləri iddia edir ki, qanunsuz dini ayin icra etmə adı ilə 3 il həbs edilmiş ilahiyyatçının məhkəməyə qədər həbsdə saxlanılması qanunsuz və əsassız olub.

Keçmiş vəkil kollegiyaya qarşı

Şikayətçilər arasında Azərbaycan Vəkillər Kollegiyasından çıxarılan vəkillər də var.

Şikayətçi Əfqan Məmmədov bir neçə il əvvələ qədər kollegiyanın üzvü olub. O, həm də vaxtaşırı vəkilliyin durumu ilə bağlı tənqidi rəylər verməsi ilə tanınıb. Keçmiş vəkil AİHM-ə şikayətində kollegiyadan uzaqlaşdırılmasının qanunsuz olduğunu, bu qurumu tənqid etməsindən qaynaqlandığını iddia edib.

AİHM həmçinin, 2013-cü ildə 4 il azadlıqdan məhrum edilən, daha sonra əfv olunan prezidentin keçmiş işlər müdiri Akif Muradverdiyevin şikayəti ilə bağlı hökumətə suallar göndərib. Prezidentin keçmiş işlər müdiri qaçqamalçılıq ittihamı ilə həbs edilmişdi. O, AİHM-ə şikayətində ittihamın qurama, əsasız olduğunu vurğulayıb.

AİHM bütün şikayətlərlə bağlı hökumətə bir neçə sual göndərib. Həmin suallar təxminən 3 ay ərzində cavablandırılmalıdır.

Xatırlatma

Bir həftə öncə Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı daha 34 şikayəti araşdırmağa başladığını açıqlamışdı.

Araşdırılan həmin şikayətlər, əsasən, vətəndaş cəmiyyəti qurumlarının, onların fəallarının bank hesablarının dondurulması, mülkiyyət, ədalətli məhkəmə araşdırması və şəxsi həyatla bağlı məlumatların qorunması hüququnun pozulması ilə bağlı idi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG