Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Fevral, Cümə, Bakı vaxtı 10:27

Moldova prezidentinin səlahiyyəti məhdudlaşdırılıb


Igor Dodon

Moldovanın Konstitusiya Məhkəməsi ölkənin rusiyapərəst prezidentinin nazir təyinetmə səlahiyyətini məhdudlaşdırıb.

Məhkəmə sentyabrın 24-də çıxardığı qərarda qeyd edir ki, Prezident Igor Dodonun səlahiyyəti o, baş nazir Pavel Filipin iki nazir postuna irəli sürdüyü namizədləri təsdiqləmədiyi üçün ləğv olunur.

Söhbət səhiyyə, sosial müdafiə və ailə, bir də kənd təsərrüfatı, regional inkişaf və ətraf mühitin qorunması nazirləri postlarına irəli sürülmüş namizədlərdən gedir.

Prezidentin bu səlahiyyətinin ləğvi o deməkdir ki, parlamentin spikeri, yaxud Filip həmin nazirləri təyin etməklə bağlı fərman imzalaya biləcək.

Moldova qanunvericiliyinə görə, prezident baş nazirin təqdim etdiyi namizədi bir dəfə geri çevirə bilər. İkinci dəfə eyni namizəd irəli sürülürsə, onu təsdiqləməlidir. Dodon artıq dördüncü dəfədir hökumətin təklif etdiyi namizədləri rədd edir.

Dodon Aİ və ABŞ ilə daha sıx əlaqələr tərəfdarı olan Filip və hökumətlə vaxtaşırı qarşı-qarşıya gəlir.

XS
SM
MD
LG