Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 19:41

Məhkəmə saytın blok edilməsini qanuni sayıb


Xəbərləri hardan oxuyursuz?
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

Xəbərləri hardan oxuyursuz?

Bakı Apellyasiya Məhkəməsi bu gün, sentyabrın 24-də ölkə ərazisində blok edilən daha bir saytın şikayətini təmin etməyib.

Bu haqda «Turan» agentliyinə bloklanmış anaxeber.az saytının rəhbəri Azər Talıbov məlumat verib. Onun deməsinə görə, rəhbəri olduğu saytın girişinə Səbail Rayon Məhkəməsinin qərarı ilə avqustun 7-də maneə qoyulub. Sayta girişin qapadılması qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) tələbi ilə verilib. Nazirlik saytda «yalan və böhtan məzmunlu» məlumatların yayılmasını əsas gətirərək məhkəməyə müraciət edib.

A.Talıbov bildirir ki, apellyasiya şikayətlərində qərarın əsassız olduğunu, buna görə ləğv edilməsini istəyiblər.

«Nazirliyin yalan, böhtan hesab etdiyi bütün məqalələri də saytdan çıxarmışıq. Ancaq rayon məhkəməsi bunu da nəzərə almamışdı», - deyən sayt rəhbəri apellyasiya şikayətlərinin rədd edildiyini bildirib. Onun sözlərinə görə, şikayətin təmin edilməməsi haqda qərarı hakim Raqub Qurbanovun sədrlik etdiyi məhkəmə kollegiyası çıxarıb. Qərar təqdim edildikdən sonra sayt rəhbərliyi Ali Məhkəməyə şikayət etmək niyyətindədir.

Avqustun 7-də az24saat.org, bir gün sonra isə xural.com, arqument.az, anaxeber.az və daha bir saytın bloklanması ilə bağlı qərarlar verilib. Həmin saytlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında böhtan yazılar yaymaqda günahlandırılırdı. Hərçənd, sayt rəhbərləri bunu qəbul etmirdilər.

Avqustun 10-da Bakı Apellyasiya Məhkəməsinin onlardan biri - arqument.az saytının bloklanması ilə bağlı Səbail Rayon Məhkəməsinin qərarını ləğv etdiyi bildirilir.

Ötən həftə isə Bakı Apellyasiya Məhkəməsi xural.com saytının apellyasiya şikayətini təmin etməmişdi. Başqa adıçəkilən saytlar haqqında çıxarılan qərarlar da qüvvəsində qalır.

Xatırlatma

Azərbaycanda saytların bloklanmasına, əsasən, ötən il, 2017-ci ildə «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Qanununa edilən dəyişikliklərdən sonra başlanıb.

Həmin il martın sonundan AzadlıqRadiosu.az daxil olmaqla, ölkədə bir neçə müstəqil və müxalifyönlü sayta giriş əngəllənib. Mayın 12-də isə Səbail Rayon Məhkəməsi bununla bağlı qərar verib. Söhbət AzadlıqRadiosunun, «Azadlıq» qəzetinin, MeydanTV-nin, TuranTV-nin və «Azərbaycan saatı» televiziya proqramının saytlarından gedir.

Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

Multimedia

XS
SM
MD
LG