Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:35

Navalny 20 sutkalıq həbs olunub


Alexei Navalny məhkəmədə
Alexei Navalny məhkəmədə

Rusiyanın müxalifət lideri Aleksei Navalny 20 sutkalıq həbsə məhkum edilib. Məhkəmənin sentyabrın 24-də çıxardığı qərara görə o, müxalifət etirazının təşkilində təqsirli bilinib.

Navalny-nin ictimai toplantıları məhdudlaşdıran qanunvericiliyi pozduğu iddia olunur.

Amnesty International hüquq-müdafiə təşkilatı Navalny-ni “heç bir cinayət törətməyən vicdan məhbusu” adlandırıb.

“Rusiya hakimiyyəti onu dərhal və qeyd şərtsiz buraxmalı, onun ifadə və sərbəst toplaşma hüququna tam sayqı göstərməlidir”, – qurumun Rusiyadakı ofisinin direktoru Natalia Zviagina deyib.

***

Navalny-ni buraxıb bir də tutublar

Rusiyanın müxalifət lideri Aleksei Navalny-nin ictimai toplantı qanunu pozmağa görə yenə saxlandığı deyilir. O, eyni ittihamla 30 sutkalıq həbsdən çıxınca bir də tutulub.

Həmkarı Leonid Volkov sentyabrın 24-də səhər tvitində yazıb ki, Navalny təcridxanadan çıxan kimi Moskvada polis məntəqəsinə aparılıb.

“Qapını açdılar və onu dərhal avtobusa mindirdilər”, – Volkov yazıb.

Almaniyanın Deutsche Welle radiosunun Rusiya xidməti həmin anın videosunu yayıb.

DAHA 20 SUTKA HƏBS OLUNA BİLƏR

Navalny-nin sözçüsü Kira Yarmysh deyib ki, o, ictimai toplantı qaydalarına sağlamlığa və mülkiyyətə ziyan vurmaqla pozmağa görə 20 sutkayadək həbsə məhkum oluna bilər.

Simonovski məhkəməsi bu gün həmin işə baxmalıdır.

Aleksei Navalny məhkəməyə gətirilir, 27 avqust, 2018-ci il
Aleksei Navalny məhkəməyə gətirilir, 27 avqust, 2018-ci il

Navalny ötən ay saxlanmışdı. O, yanvarda Rusiya paytaxtında icazəsiz yürüşün təşkilinə kömək etməkdə suçlanaraq 30 sutkalıq həbsə məhkum edilmişdi.

Moskvada və digər şəhərlərdə oxşar etirazlarda minlərlə adam qatılmış, Prezident Vladimir Putinin təkrar həmin posta seçilməsinə etirazlarını bildirmişdilər.

Navalny demişdi ki, onun saxlanmasında məqsəd bu ayın əvvəlində ölkədə pensiya islahatlarına etiraz aksiyalarını rəhbərlik etməsini önləmək olub.

Həmin yürüşlərdə ölkə üzrə 1000-dən çox saxlanan olub.

Putin-in açıq tənqidçini olan Navalny dəfələrlə böyük etirazlar təşkil edib, Rusiyanın hakim elitasına iddia olunan korrupsiyayla bağlı hesabatlar dərc edib.

Hökumətin ölkədə təqaüdə çıxmaq yaşını artırması təklifi isə genişmiqyaslı qəzəb yaradıb, Putinin populyarlığına zərbə vurub.

İndi həmin qanun layihəsi Dövlət Dumasında ikinci oxunuşda müzakirəyə çıxarılmağa hazırlanır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG