Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Aprel, Cümə axşamı, Bakı vaxtı 01:43

İlham Əliyev Binəli Yıldırımı qəbul edib


B.Yıldırım

Azərbaycan prezidenti İlham Əliyev bu gün, sentyabrın 21-də Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımla görüşüb.

AZƏRTAC-ın məlumatına görə, İ.Əliyev Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda iştirakına görə B.Yıldırıma təşəkkürünü bildirib.

Görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu yaxınlarda Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçirilən paradda iştirakı xatırlanıb, bu səfərin iki ölkə arasında dostluğun və qardaşlığın parlaq nümunəsi olduğu vurğulanıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında münasibətlərin bütün istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib.

Türkiyə Böyük Millət Məclisinin sədri B.Yıldırım Azərbaycana bu gün, sentyabrın 21-də səfər edib.

Səfər sentyabrın 21-də Azərbaycan parlamentinin 100 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak məqsədi daşıyır. Tədbirlərə B.Yıldırımdan başqa, bir çox ölkələrin parlament və hökumət təmsilçiləri də qatılıb.

Xatırlatma

2018-ci il ölkədə «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan edilib.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulub. İki il sonra Rusiyanın işğalı nəticəsində süqut edib.

1918-ci ilin dekabrında Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti də fəaliyyətə başlamışdı. Bu, müsəlman Şərqində ilk parlament sayılır.

Bu il həm də Azərbaycanda parlamentin yaranmasının 100 illiyi qeyd edilir.

XS
SM
MD
LG