Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 17:09

Verzilov niyə zəhərlənib – Qərb mediası


Pyotr Verzilov

Rusiyalı fəal Pyotr Verzilov-un açıq-aşkar zəhərlənməsi barədə yeni detallar üzə çıxır. Pussy Riot etirazçı qrupunun üzvü olan Verzilov ətrafında baş verənlər iyulda Mərkəzi Afrika Respublikasında 3 rusiyalı jurnalistin ölümünə də işıq sala bilər. Belə ki, Verzilov həmin jurnalistlər Afrikaya yola düşməzdən öncə onlarla işləyib və xəstələnənədək onların ölümünü araşdırırmış. Bunu “New Yorker” dərgisində Masha Gessen yazır.

Qeyd edək ki, Rusiya hökuməti jurnalistlərin soyğunçuluq nəticəsində öldürüldüklərini bildirir.

Verzilov hazırda müalicə olunur və həkimləri onun zəhərlənmə ehtimalını təsdiqləyiblər.

Jurnalistlər Orxan Camal, Aleksander Rastorguev və Kirill Radçenko MAR-da Rusiya prezidenti Vladimir Putinin dostuna bağlı muzdlular dəstəsini araşdırırmışlar. Verzilov da onlarla gedəcəkmiş, amma Moskvada etiraz aksiyasında iştirak üçün qalıb.

Aleksandr Rastorguyev
Aleksandr Rastorguyev

Rusiyada bəzi mətbu orqanlarının yazmasına görə, Verzilov jurnalistlərin ölümünü araşdırmaq üçün pul yığmağa başlayıb. Elə xəstələndiyi gün araşdırmasına dair bəzi sənədlər əldə edəcəkmiş.

Putinin reytinqi düşdükcə “qazlayır”

“National Interest” dərgisində Dmitriy Frolovskiy isə yazır ki, Qərbin əsas düşməni kimi təsvir olunan Rusiya prezidenti Vladimir Putin ölkə içində işləri yaxşı getmir. Pensiya islahatları təklifini ictimaiyyət yaxşı qarşılamayıb, bu da zəif iqtisadi göstəricilər və Qərbin sanksiyaları altında əzilən siyasi isteblişmenti silkələyib.

Levada Mərkəzinin ən son sorğularına görə, rusiyalıların cəmi 17 faizi Putinin ölkənin milli maraqlarını müdafiə etdiyinə inanır. Müdafiə naziri Sergei Shoigu-ya inam 31 faizdən 19-a, xarici işlər naziri Sergei Lavrov-unku isə 25-dən 14-ə düşüb.

Vladimir Putin
Vladimir Putin

Bu arada Birləşmiş Ştatlara münasibət dəyişməkdədir. Başqa bir sorğu respondentlərin 39 faizinin ABŞ-a “əsasən yaxşı” yanaşdığını üzə çıxarıb.

Ancaq Rusiyanın iqtisadiyyatla bağlı planları tükənməyib. Gazprom gəlirinin 37 faizini Avropanın qaz bazarından əldə edir və buradakı payı ötən il rekord 34,7 faizə yüksəlib.

Gazprom bu yaxınlarda elan edib ki, elektron ticarət platforması açır və bu, hər il əlavə 0-15 milyard kubmetr qaz deməkdir. Üstəlik, Şimal axını-2 layihəsini Almaniya hökuməti dəstəkləyir, Trump administrasiyasının tənqidlərinə baxmayaraq.

Strategiya Gazprom-la da məhdudlaşmır. Rosatom-un güclü satış strategiyası nəticəsində Rusiyanın nüvə texnologiyası ixracı güclənir. Dövlətə məxsus bu şirkət Macarıstanda Paks zavoduna tendersiz 12,5 milyard avroluq investisiya qazanıb. Çexiya yeni nüvə layihələrinin necə maliyyələşdiriləcəyini 3 ay ərzində elan edəcək və Rosatom-un burada da kontrakt qazanacağı gözlənir.

Bashar al-Assad İranın xarici işlər naziri Mohammad Javad Zarif-lə Dəməşqdə görüşür, 3 sentyabr, 2018-ci il
Bashar al-Assad İranın xarici işlər naziri Mohammad Javad Zarif-lə Dəməşqdə görüşür, 3 sentyabr, 2018-ci il

BMT-nin humanitar yardımı Assada necə kömək edib

“Foreign Affairs” dərgisində Annie Sparrow bu barədə yazır.

Müəllif qeyd edir ki, 2011-ci ilin aprelindən Suriyaya misli görünməmiş beynəlxalq sanksiyalar qoyulub. Di gəl, Prezident Bashar al-Assad öz xalqına qarşı qəddar müharibə aparıb, yarım milyonadək suriyalı həlak olub, milyonlarla adam evindən didərgin düşüb, ölkədə nəhəng humanitar böhran yaranıb.

Bəs görəsən, niyə sanksiyalar Assad-ın qətl maşınını önləyə bilməyib? Bunun bir səbəbi İran, Rusiya və Hezbollah kimi müttəfiqlərinin hərbi və iqtisadi yardımıdır. Ancaq günahın böyük hissəsi BMT-nin Suriyadakı humanitar missiyası üzərinə düşür. BMT agentliyi olan Ümumdünya Səhiyyə Təşkilatı Assad-ın 30 milyard dollarlıq beynəlxalq humanitar yardıma nəzarət etməsinə imkan verib. Bu vəsaitin əsas hissəsi elə sanksiyaları qoymuş Qərb hökumətlərindən gəlir.

Müəllif yazır ki, BMT yardım ayırmaq sistemində islahatlar aparmalıdır. Axı, bu yardım hətta öz xalqına müharibə elan etmiş hökumətlərə gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG