Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 05:02

Tanzaniyada bərə aşıb – azı 136 ölü


Xilasedicilər hadisə yerində

Tanzaniyada Viktoriya gölündə bərə aşıb, dövlət mediası azı 136 nəfərin həlak olduğunu xəbər verir.

Tanzaniya, Keniya və Uqandanın əhatələdiyi göldə qəza zamanı azı 37 nəfəri xilas etmək mümkün olub.

Onlarla adamın itkin düşdüyü bildirilir, axtarış işləri aparılır.

İlkin məlumatlara görə, bərədə 300-dən çox adam olub. Dəqiq say bəlli deyil. Adətən, belə bərələrə yüzlərlə adam sığır.

Bərənin sentyabrın 20-də günortadan sonra batdığı xəbər verilir.

XS
SM
MD
LG