Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Aprel, bazar, Bakı vaxtı 02:50

Milli Məclisin xüsusi iclası keçirilir


Milli Məclis

Bu gün, sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilir.

AZƏRTAC-ın xəbərinə görə, prezident İlham Əliyev iclasda iştirak edir.

Dövlət başçısı iclasda nitq söyləyib.

2018-ci il ölkədə «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan edilib.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulub. İki il sonra Rusiyanın işğalı nəticəsində süqut edib.

1918-ci ilin dekabrında Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti də fəaliyyətə başlamışdı. Bu, müsəlman Şərqində ilk parlament sayılır.

Bu il həm də Azərbaycan parlamentinin yaranmasının 100 illiyi qeyd edilir.

XS
SM
MD
LG