Keçid linkləri

Təcili xəbərlər
2021, 17 May, Bazar ertəsi, Bakı vaxtı 01:19

Birmanı “Reuters”in jurnalistlərini buraxmağa çağırırlar


Kyaw Soe Oo (solda) və Wa Lone

BMT-nin baş katibi Antonio Guterres Birma hökumətini “Reuters” agentliyinin iki jurnalistini əfv etməyə çağırıb. Jurnalistlər Raxin ştatında rohinca müsəlmanlarının öldürülməsindən yazandan sonra yeddi illik həbsə məhkum ediliblər.

Guterres sentyabrın 20-də deyib ki, “jurnalistlərin gördükləri işə görə həbsə atılması qəbuledilməzdir”.

“Ümid edirəm, hökumət onların mümkün qədər tez əfv edərək azadlığa buraxacaq”, – baş katib BMT-də mətbuat konfransında deyib.

Jurnalistlər Wa LoneKyaw Soe Oo sentyabrın 3-də dövlət sirrini yaymaqda təqsirli bilinərək hərəsi yeddi illik həbsə məhkum ediliblər.

Onlar Birma ordusunun yaraqlılara qarşı zorakılıqları nəticəsində 700 min rohinca müsəlmanının Banqladeşə qaçmasından yazıblar.

Birmanın de-fakto lideri Aung San Suu Kyi deyib ki, jurnalistlər qanunu pozublar, jurnalist işinə görə məhkum olunmayıblar.

“Reuters” isə ittihamları rədd edib, jurnalistlərin ötən ilin sentyabrında 10 rohincanın qanunsuz qətlini aşkarladıqlarına görə saxlandıqlarını bildirib.

XS
SM
MD
LG