Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 13:13

Trump BMT-də çıxışında nələrdən danışacaq


Nikki Haley

ABŞ Prezidenti Donald Trump gələn həftə BMT-də çıxışında İrandan, İngiltərədə Skripalların zəhərlənməsindən, kimyəvi silahlardan və Şimali Koreyadan danışacaq. Bunu Birləşmiş Ştatların BMT-dəki səfiri deyib.

“İrana dair əsl müzakirə aparmağımızın vaxtı çatıb və prezident Təhlükəsizlik Şurasına sədrlik edəndə bunu görəcəyik. Əminəm ki, bu, Təhlükəsizlik Şurasının indiyədək ən çox baxılan iclası olacaq”,Nikki Haley sentyabrın 20-də Fox News-a deyib.

Sentyabrın 25-də BMT Baş Assambleyasının rəsmi açılış mərasimində Trump çıxış edəcək, ertəsi gün isə Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcək. Həmin iclasda İran, nüvə silahlarıının yayılmaması, Suriya və Britaniyada kimyəvi silah hücumları müzakirə olunacaq.

“İranla bağlı prezident bizim geri çəkilməli olduğumuzu düşünmür. Onların təhlükəli olduğunu düşünür. O düşünür ki, problemlər var və beynəlxalq ictimaiyyət onları nəzərə almalıdır”, – səfir söyləyib.

Trump mayda İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaların bərpa olunduğunu açıqlayıb.

XS
SM
MD
LG