Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 10:33

Pambığın satın alınma qiyməti artırıldı


Ağ qızılın qara dərdi
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

Ağ qızılın qara dərdi

2018-ci ildə Azərbaycanda pambığın növlər üzrə mövcud alış qiyməti hər ton üzrə 50 manat artırılıb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin sentyabrın 20-də yaydığı məlumatda bildirilir.

Məlumata görə, bu məsələ Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin məsul işçilərinin pambıq istehsalı və emalı ilə məşğul olan şirkət rəhbərləri ilə görüşündə müzakirə edilib.

Bu artımdan sonra birinci növ pambığın bir tonunun alış qiyməti 650, ikinci növünün 630 manat, üçüncü növünün 590 manat, dördüncü növünün isə 550 manat müəyyən edilir.

Ekspertlər bununla belə, Azərbaycanda pambığın alış qiymətinin bir çox ölkələrdən aşağı olduğunu deyirlər.

Xatırlatma

Azərbaycanda pambıq tədarükü 3 ildir ki, hökumətin prioritet saydığı sahəyə çevrilib. Ölkə başçısı bir neçə dəfə bununla bağlı müşavirələr keçirib. Son illər ölkədə pambıq sahələri genişlənir, nəticədə tədarük artıb. Ötən il Azərbaycanda 207 min ton pambıq tədarük edilib.

Ancaq bəzi ekspertlər hesab edirlər ki, ölkədə pambıqçılığın inkişafı heyvandarlıq və kartofçuluğa ağır zərbə vurub. Ekspertlər deyirlər ki, bəzi fermerlərin icarəsində olan torpaqlar onların əlindən alınıb, həmin ərazilərdə pambıq əkilib.

Üstəlik, bu il ölkənin bir sıra pambıq sahələrində kütləvi zəhərlənmələr baş verib və bununla bağlı həbs edilənlər olub.

Multimedia

XS
SM
MD
LG