Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:31

'Volkswagen' İrandan çıxmağa razılaşır


Arxiv fotosu
Arxiv fotosu

Birləşmiş Ştatların Almaniyadakı səfiri Bloomberg News-a deyib ki, Volkswagen avtomobil şirkəti ABŞ sanksiyalarına əməl etməyə, İrandakı əməliyyatlarının çoxunu dayandırmağa razılaşıb.

“Bu qərardan məmnunuq, çünki İran iqtisadi resurslarını əhalidən yayındırır, dünyada zorakılıq və sabitsizlik yayır”, – səfir Richard Grenell sentyabrın 19-da deyib.

Bloomberg VW rəsmilərinin şərh vermək xahişlərini cavablandırmadığını yazır. Reuters isə Ağ evdən şərh ala bilməyib.

Grenell-in deməsinə görə, ABŞ rəsmiləri və VW sentyabrın 18-də İrandan çıxmaqla bağlı sazişi yekunlaşdırıblar.

HUMANİTAR İSTİSNA

Səfir deyib ki, bu alman şirkətinə humanitar əsasda istisna kimi İranda müəyyən biznesini saxlamağa icazə veriləcək.

Donald Trump
Donald Trump

ABŞ prezidenti Donald Trump mayda İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaların bərpa olunduğunu bildirib. Həmin saziş Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.

Trump deyirdi ki, bu saziş İranın nüvə silahı hazırlamaq qabiliyyətini önləmir. O, İranın sazişin ruhunu pozduğunu, regionda yaraqlıların fəaliyyətini dəstəklədiyini iddia edirdi.

Tehran isə bu iddiaları rədd edib.

Sanksiyaların bərpası İran iqtisadiyyatını zəiflədib. Milli valyuta rial son aylar digər valyutalara nisbətən kəskin ucuzlaşıb.

Britaniya, Fransa, eləcə də Avropanın digər ölkələri İranda biznes qurmuş Avropa şirkətlərini qorumaq istədiklərini deyiblər.

Amma Fransanın Total neft şirkəti, Almaniyanın Daimler avtomobil şirkəti və Deutsche Telekom artıq İrandan çıxıblar. Onlar sanksiyaların təsirinə məruz qalmamaq üçün belə bir qərar veriblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG