Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:19

Ukrayna Rusiyayla dostluq sazişini uzatmır


Rusiya prezidenti Vladimir Putin Kiyevdə, 2013-cü il

Ukrayna sentyabrın 21-də Rusiyayla dostluq, əməkdaşlıq və tərəfdaşlıq sazişinin müddətini uzatmadığını rəsmən elan edəcək.

Xarici işlər naziri Pavlo Klimkin sentyabrın 19-da deyib ki, Kiyev bu barədə uyğun qurumların hamısını, o cümlədən BMT-ni bilgiləndirəcək.

10 illik saziş ilk dəfə 1997-ci il mayın 31-də imzalanıb. Sənədin bir maddəsinə görə, tərəflər onu bitirmək üçün addım atmırlarsa, müddəti avtomatik uzadılır. Saziş 1999-cu il aprelin 1-dən qüvvəyə minib. 2008-ci ilin oktyabrınadək tərəflərdən heç biri onu dayandırmaqla bağlı bildiriş vermədiyindən avtomatik olaraq daha 10 illiyə uzadılıb.

Sazişdə strateji tərəfdaşlıq, mövcud sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyünə sayqı prinsipləri əks olunub.

Ukrayna 1991-ci il avqustun 24-də Sovet İttifaqından ayrıldığını elan edib. Bundan dörd ay sonra Sovet İttifaqı rəsmən dağılıb.

XS
SM
MD
LG