Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:13

Azərbaycanda tütünçülərin ən böyük dərdi


Azərbaycanda tütünçülərin ən böyük dərdi
Gözlə

No media source currently available

0:00 0:04:14 0:00

Azərbaycanda tütünçülərin ən böyük dərdi

Şəkidə tütünçülüklə məşğul olan fermerlər üçün indi işin qızğın vaxtıdır. Bir tərəfdən tütün yarpaqları becərilir, yığılır, digər tərəfdən sərilir, qurudulur.

Bəs fermerlər hökumətin bu sahəyə verdiyi dəstəkdən razıdırlarmı?

Fermer Səbuhi Namazov şikayətçi deyil. Bu il də tütünü dövlətdən aldığı kredit hesabına əkib becərib.

Onun dediyinə görə, hər hektara görə 1700 manat verilir. Onlar bu pulu bir neçə mərhələdə alırlar. Əvvəlcə kredit istixana qurmaq, avadanlıq, toxum almaq üçün verilir. Sonra komissiya gəlir və istixanalara baxış keçirir, becərilən məhsula baxır.

Əgər komissiyanın rəyi müsbət olsa, onda fermerə 50 faiz endirimlə gübrə verilir. Mövsümün axırınadək verilən kredit tədricən geri qaytarılır.

Kreditdən başqa fermerlərə həm də əkində istifadə olunan yanacağa, motor yağına, gübrələrə görə subsidiyalar verilir.

Amma hələ bir müddət öncə Şəkidə bir qrup fermer dad edirdi.

Onların dediklərinə görə, qazancları çəkdikləri əziyyət bir yana, xərclərini belə ödəmir, öz dilləri ilə desək "əkdikləri tütünün tüstüsü təpələrindən çıxır".

Etiraza qalxanlar məhsulun maya dəyərinin düzgün hesablanmadığını, subsidiyanın və bu sahəyə ayrılan dövlət kreditinin az olduğunu iddia edir, bütün bunların tütünçülüyün inkişafına bir zərbə olduğunu bildirirdilər.

Fermerlərin dediyinə görə, tütün istehsalının maya dəyəri hər hektar üçün şitilin yetişdirilməsindən tutmuş işçilərin əməkhaqqına qədər xərcləri nəzərə aldıqda 2500 manatdır. Hər hektardan orta hesabla 12-13 ton, ən yaxşı halda 15 ton yaş tütün yığılır. Virciniya sortu bu tütünün 1 kiloqramını isə orta hesabla 21-22 qəpikdən təhvil verirlər. Nəticədə

1 hektar tütünün əkilib becərilməsi 2500 manata başa gəldiyi halda sonda fermer həmin 1 hektardan yığdığı məhsulu 3300 manata, orta hesabla isə 2800 manata sata bilir. Yəni o, 1 hekatardan ən yaxşı halda 800 manat gəlir əldə edə bilir.

Buna da bax: Astarada fermer:‘Hər şeyi qanunla tələb edirəm, xoşları gəlmir’

Başqa sözlə, məsələn, 5 hektar sahədə tütün əkən fermerin sonda gəliri ən çoxu 4000, ortalama isə 1500 manat olur.

Bir müddət öncə etirazçılar arasında olan Şəkili fermer Rafiq Məmmədov deyir ki, hələ əgər hava da fermerdən üz çevirsə, nəinki xeyir, bu işdən ziyanla da çıxmaq olar. Fermer deyir ki, tütünə ayrılan subsidiya, tütünün satış qiyməti artırılmasa bu sahənin inkişafından söhbət gedə bilməz.

Onun fikrincə, maya dəyərinin düzgün hesablanması, kreditin artırılması subsidiyanın məqsədəuyğun qiymətləndirilməsinə ehtiyac var.

Fermer deyir ki, qiymət 25 qəpik olmalıdır ki, fermer də müəyyən qədər gəlir əldə edə bilsin.

Rafiq Məmmədov deyir ki, bütün problemləri Kənd Təsərrüfatı nazirliyinə çatdırıblar, indi ümidləri növbəti əkinədir, o vaxta şərtlərin dəyişəcəyini gözləyirlər. Kənd Təsərrüfatı nazirliyindən isə Azadlıq radiosuna bildirdilər ki, bu qurum nə subsidiyaların həcmini müəyyənləşdirir, nə də satınalma qiymətini.

Nazirlikdən bildiriblər ki, onlar yalnız subsidiyarın verilməsi prosesində iştirak edirlər. Əgər subsidiyanın verilməsi ilə bağlı kiminsə şikayəti varsa, nazirliyin 1652 çağrı mərkəzinə müraciət edə bilər.

Nazirlikdən onu da deyiblər ki, subsidiyaların həcminin artırılması onların qərarı ilə olmur, bu barədə Nazirlər Kabinetinin xüsusi qərarı olmalıdır. Nazirlər Kabineti bu qərarı müvafiq nazirlik və qurumların hamısının rəyi əsasında qəbul edir.

Bəs fermerlərin ümidlə gözlədikləri dəyişiklikləri Nazirlər Kabineti edəcəkmi? Bu suala hökumətdən cavab almaq cəhdimiz baş tutmadı.

Buna da bax: Bank faizləri, sizcə, nə qədər əlçatandır?

Bank faizləri, sizcə, nə qədər əlçatandır?
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG