Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:53

Çiyələkdə iynə – 15 il həbs


Arxiv fotosu
Arxiv fotosu

Avstraliya ərzağı xarab etməyə görə həbs cəzasını 15 ilə qaldırmağı planlaşdırır. Bunu ölkənin baş naziri Scott Morrison bu gün – sentyabrın 19-da deyib. Bu təklif çiyələk və başqa meyvələrin içində tapılmış iynələrin ölkəni qorxuya saldığı bir vaxtda irəli sürülüb.

Polis meyvə içində iynə aşkarlanmasıyla bağlı 100-dən çox məlumatı araşdırır. İynə ilk dəfə şimaldakı Kvinslend ştatında bir istehsalçının göndərdiyi çiyələklərdə aşkarlanıb. Ancaq indi ölkənin müxtəlif yerlərindən informasiya gəlməkdədir.

Dünən Nyu Sauz Uels polisi bildirib ki, alma və bananda iynə tapılması insidentlərini araşdırır.

Scott Morrison
Scott Morrison

Hələlik, ciddi xəsarət alan olmayıb. Ölkə nazirlərindən biri deyib ki, xəbərlərin çoxu saxta ola bilər.

160 MİLYON DOLLARLIQ SEKTORUN ÜZƏRİNDƏ QARA BULUDLAR

Ancaq tələbat azaldığından çiyələk fermerləri məhsulu məhv edirlər, bu da 160 milyon Avstraliya dolları (115 milyon ABŞ dolları) həcmində dəyərləndirilən sektorun üzərinə kölgə salıb.

Baş nazir Morrison deyib ki, hökuməti ərzağa müdaxiləyə görə cəzanı 10 ildən 15 ilə qaldırmağı təklif edəcək.

Hökumət həmçinin parlamentdən saxta iddiaların cinayət sayılmasını istəyəcək.

“Zəhmətkeş avstraliyalıların həyatına risk yaratmaq əyləncəli deyil. Bu ölkədə belə bir iş görürsünüzsə, sizi təqib edəcəyik”,– baş nazir Kanberada jurnalistlərə deyib.

Baş prokuror Christian Porter isə bildirib ki, hökumət yalan xəbər yayanlara qarşı 10 illik həbs cəzası təyin olunmasını istəyir.

Fermerlər hökumətin addımlarını alqışlayıblar. Amma onu da deyiblər ki, tələb bərpa olunmasa, maliyyə baxımından çökə bilərlər.

Bu, bizə bir ətək pula başa gəlir. Bizim təsərrüfatda meyvənin məhv etmək üçün yığılması günə 35 min dollar deməkdir”, – Vamuranda çiyələk becərən Gavin Scurr deyib.

Ölkənin bank sənayesi isə bildirib ki, ziyan görən fermerlərə maliyyə yardımı ayırmaq istəyirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG