Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:01

Primorskidə seçkinin nəticəsi ləğv olundu


Andrei Ischenko (solda) və Andrei Tarasenko barədə məlumat lövhəsi
Andrei Ischenko (solda) və Andrei Tarasenko barədə məlumat lövhəsi

Rusiyanın Primorski diyarında qubernator seçkisinin nəticəsi ləğv olunub. Bir gün öncə ölkənin baş seçki rəsmisi burada səsvermənin “ciddi pozuntular”la keçdiyini demiş, yerli rəsmiləri nəticəni ləğv etməyə çağırmışdı.

***

Rusiya mərkəzi seçki komissiyasının rəhbəri regional hakimiyyətə tövsiyə edib ki, Primorski Diyarında mübahisəli qubernator seçkisinin nəticəsi ləğv olunsun. Burada Kommunist partiyası seçkinin nəticəsinin saxtalaşdırıldığını iddia edib. Belə ki, Kremlin dəstəklədiyi namizəd səssaymanın sonunda qəfil önə çıxıb.

MSK rəhbəri Ella Pamfilova sentyabrın 19-da belə bir təkliflə çıxış edib. Onun sözlərinə görə, hakimiyyət seçkidə “ciddi pozuntular”ın olması qənaətinə gəlib, buraya qutulara topa bülleten atılması, səssaymanın nəticəsinin dəyişdirilməsi daxildir.

3 AYA YENİ SEÇKİ KEÇİRİLƏ BİLƏR

Pamfilova deyib ki, regional hakimiyyət təklifə əməl edərsə, 3 aya yeni seçki keçirilə bilər. Rusiyada yerli rəsmilər nadir hallarda mərkəzi hökumətə qarşı çıxırlar.

Ella Pamfilova
Ella Pamfilova

Seçkidən dolayı region paytaxtı Vladivostokda gərginlik yaşanıb.

Sentyabrın 17-də hakim Vahid Rusiya partiyasının namizədi, hazırkı qubernator Andrei Tarasenko-nun səssaymanın son mərhələsində kommunistlərdən olan rəqibi Andrei Ishchenko-dan önə çıxdığı açıqlanıb. Bülletenlərin 95 faizə yaxını sayılanda hazırkı qubernator Tarasenko Ishchenko-dan altı faizədək öndə idi. Ancaq səslərin 99 faizi sayılandan sonra seçki rəsmiləri bildirib ki, Tarasenko 49,5, Ishchenko isə 48 faiz səs toplayıb.

Həmin gün yüzlərlə adam Vladivostokda etiraza çıxıb. Kommunist partiyası isə seçkinin saxtalaşdırıldığını deyərək məhkəmə iddiaları hazırlayıb.

Sentyabrın 9-da Rusiyanın 21 regionunda qubernator seçkiləri keçirilib. Primorski daxil olmaqla dörd regionda Vahid Rusiyanın namizədləri birinci raundda 50 faizdən artıq səs yığa bilməyiblər.

Prezident Vladimir Putini dəstəkləyən Vahid Rusiya hakimiyyətin qanunverici və icraedici qanadlarına nəzarət edir.

9 sentyabr seçkisi Putin hökumətindən ötrü bir sınaq sayılırdı. Hökumət ölkədə pensiya yaşını beş il qaldırmağa çalışır, bu niyyət etirazlar yaradıb.

Sentyabrın 9-da onlarla şəhərdə etiraz aksiyaları keçirilmiş, 1000-dən çox saxlanan olmuşdu.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG