Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 09:49

Kavanaugh-nu suçlayan qadın təhqiqat istəyir


Donald Trump (sağda) və Brett Kavanaugh

ABŞ Ali Məhkəməsinə namizədliyi verilmiş Brett Kavanaugh ətrafında qalmaqal böyüməkdədir. Onu cinsi nalayiq hərəkətlərdə suçlayan qadın Federal Təhqiqat Bürosundan (FTB) araşdırma aparmağı istəyib.

Senatın komitəsi Kavanaugh-nun nominasiyasını səsə qoymağı ertələyib. Komitə ictimai dinləmə planlaşdırır, dinləmədə nominant və onu ittiham edən Christine Blasey Ford ifadə verəcək.

Ancaq Ford sentyabrın 18-də açıqlanmış məktubunda yazır ki, FTB-nin onun iddialarını araşdırmasını istəyir, ondan sonra Senat komitəsində ifadə verməyə razılaşar.

Hazırda Kaliforniyada kollec professoru olan Ford ötən həftəsonu Kavanaugh-nu açıq şəkildə ittiham edib, onlar orta məktəbdə oxuyarkən, 1982-ci ildə ona cinsi təcavüz etdiyini deyib.

Prezident Donald Trump tərəfindən Ali Məhkəməyə namizədliyi verilmiş Kavanaugh iddiaları rədd edib.

Altı həftəyə ölkədə Konqres seçkiləri keçiriləcək, Konqresə respublikaçıların, yoxsa demokratların nəzarət edəcəyi bəlli olacaq.

Demokratlar narahatdırlar ki, Kavanaugh-nun namizədliyi təsdiqlənsə, Ali Məhkəmə bir sıra məsələlərdə daha mühafizəkar mövqe tutar.

XS
SM
MD
LG