Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 08:41

Əfqanıstanda ABŞ muzdluları, Ukraynanın korrupsiya mirası – Qərb mediasının icmalı


Əfqanıstanda ABŞ əsgərləri

Prezident Donald Trump Əfqanıstandakı ABŞ əsgərlərini özəl muzdlular qrupuyla əvəzləməyi götür-qoy edir. Bu iddianı həmin ideyanın müəllifi, milyarder Erik Prince “The Times”a müsahibəsində səsləndirib.

Mübahisəli Blackwater şirkətinin qurucusu Prince deyib ki, Trump hələ Pentaqon ötən il Əfqanıstan strategiyasını nəzərdən keçirəndə müharibəni özəlləşdirmək qərarı verməməsindən təəssüflənir.

Onun iddiasına görə, o zaman Trump Şarlotsvil şəhərində neonasist yürüşündən sonra yaranmış siyasi durumun gərginliyi yaşayıb. Həmin hadisələrdə bir nəfər ölmüş, bir neçə nəfər xəsarət almışdı. Sonucda prezident generallarının tövsiyəsini qəbul edib, əlavə ziddiyyətlə üzləşməmək üçün Əfqanıstanda hərbçi sayını artırmağa göndərməyə razılaşıb.

ABŞ-ın müdafiə naziri Jim Mattis (soldan ikinci) Kabildə, 7 sentyabr, 2018-ci il
ABŞ-ın müdafiə naziri Jim Mattis (soldan ikinci) Kabildə, 7 sentyabr, 2018-ci il

“Business İnsider” ötən ay yazırdı ki, Erick Prince prezident Trump-ı Əfqanıstandakı müharibəni özəlləşdirməkdən ötrü dilə tutmağa çalışır. Onun təklifini administrasiya rəsmilərinin, özəlliklə də, müdafiə naziri Jim Mattis-in rədd etdiyi bildirilirdi.

Prince düşünür ki, Əfqanıstandakı durumu bir neçə min muzdlu və 3,5 milyard dollarla həll eləmək olar.

Onun Blackwater şirkəti vaxtilə İraqdakı fəaliyyətinə görə təhqiqat məruz qalmış, buraxılmışdı. Prince daha sonra Çinin təhlükəsizlik qüvvələrinə təlim keçən yeni şirkət yaratdı.

Nə qədər ki gec deyil, Pentaqon müasirləşsin

Bunu “The Washington Post” qəzetində Robert O. Work və Elbridge Colby yazırlar. “Soyuq Müharibə bitəndən ilk dəfə olaraq Pentaqonun tamamilə yeni strategiyası var: rəqiblərimizə, özəlliklə də Rusiya və Çinə diqqət ayıraq və onlar üzərində rəqabət üstünlüyünü saxlayaq. Müdafiə naziri Jim Mattis 2018-ci il üzrə Milli Müdafiə Strategiyasında xəbərdarlıq edir ki, bunu edə bilməsək, bu ölkələrə qarşı növbəti böyük müharibəni uduza bilərik. Bu baş verərsə, Birləşmiş Ştatların 1940-cı illərdən bəri qurduğu və saxladığı beynəlxalq düzənə əlvida”, – müəlliflər qeyd edir.

ABŞ təlimçiləri Ukraynada təlimdə
ABŞ təlimçiləri Ukraynada təlimdə

Məqalədə vurğulanır ki, indi əsas məsələ Müdafiə Departamentinin bu strategiyanı gerçəkləşdirməkdən ötrü hansı böyük addımlar atacağıdır. Bu ilin əvvəlində Konqres Pentaqona 2001-ci ildən bəri ən böyük büdcəni ayırıb, 10 faizlik artımla. İndi Pentaqon da strategiyanı reallaşdırmaq üçün əsl proqres sərgiləməlidir.

Müəlliflər bundan ötrü Rusiya və Çinin qələbə nəzəriyyələrini məğlub etməkdən ötrü modernləşmənin, qabaqcıl bacarıqlara sahiblənmənin vacibliyini vurğulayırlar. “Biz terrorçuluğa, problemli ölkələrə fokuslananda, onlar yalnız bizimlə vuruşmağı hədəfləyən ordular qururdular”, – məqalədə deyilir.

Ukraynanı korrupsionerlər miras alacaq?

Hətta antikorrupsiya prokurorlarının hakimiyyətdən sui-istifadə etdiyi ölkədə kimlərin yaxşı adam olduğunu demək çətindir. “Foreign Policy” dərgisində Linda Kinstler belə yazır.

Paul Manafort məhkəmədə
Paul Manafort məhkəmədə

Müəllif qeyd edir ki, korrupsiyanın geniş yayıldığı Ukraynada çox az adam ədliyyə sisteminin ədaləti təmin edəcəyini gözləyir. O, ABŞ prezidenti Donald Trump-ın seçki kampaniyasının keçmiş rəhbəri olan Paul Manaforta qarşı cinayət işini misal çəkir. O, Ukraynada siyasi lobbiçilik fəaliyyəti üçün qazandığı pulları vergidən yayındırmaqda suçlanır. Özü də təqsirini qismən boynuna alıb.

Avqustun 21-də, Manafort təqsirli bilinən gün Ukraynanın baş prokuroru Yuriy Lutsenko ölkənin bir neçə keçmiş rəsmisinə qarşı təhqiqat başlandığını açıqlayıb. Keçmiş prezident Viktor Yanukovych administrasiyasında çalışmış həmin şəxslərin Manafortla biznes qurduğu bildirilir.

“Özümüzün siyasi korrupsiyamızı müalicə edə bilmədik, bu təhqiqat bizə siyasəti nisbətən təmizləmək impulsu verir”, – ukraynalı siyasi filosof Mikhail Minakov deyib.

“Bu, siyasətin çirkli puldan asılılığını azaltmaq, vətəndaşların ehtiyaclarına daha çevik reaksiya verməsindən ötrü daha bir şansdır”, – o, sözlərinə əlavə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG