Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:12

13 məntəqədə nəticələr ləğv olundu


Andrey İşenko

Vladivostokda Primorks vilayətinə qubernator seçkilərinin ikinci turunda 13 məntəqədə səsvermənin nəticələri ləğv olunub. Bu haqda qərarı ərazi seçki komissiyası verib, bu, səslərin sayılması zamanı evakuasiyanın olması ilə izah edilib. Hesab olunur ki, bu zaman hansısa sənədlər it-bata düşə bilər.

Bu haqda ərazi seçki komissiyasının üzvü Sergey İvanoviç deyib. Onun sözlərinə görə, bütün məntəqə komissiyaları sənədləri təqribən saat 4-ə yaxın təhvil veriblər və nəticələr rəsmi sistemə oturdulub. Amma 13 məntəqədə nəticələr sistemə daxil edilməyib. Saat 7-yə yaxın Dövlət yanğınsöndürmə xidmətinin əməkdaşları əleyhqazlarda və xüsusi geyimdə gələrək komissiya üzvlərindən ərazidən çıxmalarını istəyib.

Qubernator seçkilərinin ikinci turu sentyabrın 16-da keçirilib. Səslərin sayılması zamanı 5-6 faizlik fərqlə RFKP-nin namizədi Andrey İşenkonun liderlik etdiyi bildirilirdi. Ancaq bazar ertəsi bəlli olub ki, seçkidə Vahid Rusiya Partiyasından Andrey Tarasenko udub. İşenkonun iddiasına görə, rəqibinin xeyrinə təxminən 40 min səs atılıb. O, Primorsk sakinlərini etiraz aksiyalarına çağırıb.

Sentyabrın 17-də təxminən 2 min Vladivostok sakini şəhər inzibati binasının yaxınlığında seçki saxtakarlığına etiraz mitinqinə çıxıblar.

MSK sədri Ella Pamfilova seçki zamanı qanun pozuntularının olub-olmadığını araşdırmaq məqsədilə Vladivostoka xüsusi komissiya göndəriləcəyinə söz verib.

XS
SM
MD
LG