Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Yanvar, şənbə, Bakı vaxtı 09:46

ABŞ 200 milyard dollarlıq Çin malına tarif qoyur


Pekində avtomobil sərgisi

Gələn həftədən Birləşmiş Ştatlar 200 milyard dollarlıq Çin malına tarif qoyacaq. Prezident Donald Trump administrasiyası Pekinlə ticarət müharibəsini qızışdırır.

Trump açıqlamanı sentyabrın 17-də verib.

Bu ilin əvvəlində ABŞ Çin mallarına tarif qoyunca Pekin də qarşılıqlı addım atmış, Amerikadan soya və digər kənd təsərrüfatı məhsullarına rüsumlar tətbiq etmişdi.

İndi Çin yenə cavab addımları atacağını deyir.

Trump isə bəyanatında deyib ki, ABŞ əlavə danışıqlara açıqdır.

“Bizi narahat edən məsələlərin tam həllindən ötrü Çinin çoxsaylı imkanları olub. Çin liderlərini ölkəsinin ədalətsiz ticarət praktikasına son qoymaqdan ötrü təcili addım atmağa çağırıram”, – Trump söyləyib.

Daha öncə Çindən 50 milyardlıq məhsula tarif qoyulmuşdu. Son tədbir o deməkdir ki, amerikalıların Çindən aldıqlarının təxminən yarısına idxal rüsumu tətbiq olunacaq. Çin ABŞ üçün ən böyük idxal mənbəyidir.

XS
SM
MD
LG