Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 10:34

Rusiya Boeing-in Ukraynaya aid raketlə vurulduğunu deyir


Malayziya təyyarəsinin Rusiya raketi ilə vurduguna dair sübutlar açıqlanıb
Gözlə

No media source currently available

0:00 0:04:24 0:00

Malayziya təyyarəsinin Rusiya raketi ilə vurduguna dair sübutlar açıqlanıb

Rusiyanın müdafiə nazirliyi 2014-cü il iyulun 17-də Donbas regionu üzərində Malayziyanın Boeing təyyarəsinin vurulmasına BUK zenit-raket kompleksinin dəxli olmadığını bildirir.

Sentyabrın 17-də Moskvada keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin Baş raket-artilleriya idarəsinin rəhbəri Nikolai Parshin bildirib ki, Rusiya ordusu Boeing-i vurmuş raketi müəyənləşdirə bilib. Rusiya hərbçisinin deməsinə görə, həmin raket 1986-cı ilin dekabrında Ukraynanın Ternopol vilayətində yerləşən 20152 saylı hərbi hissəyə göndərilib.

Hollandiya təyyarənin Rusiya raketi ilə vurulduğunu təsdiqləyir
Gözlə

No media source currently available

0:00 0:02:41 0:00

AUDİOYAZININ OLDUĞU BİLDİRİLİR

Bu hərbi hissənin buraxılmadığı, raketlərin Rusiyaya aparılmadığı iddia olunur. Rusiya tərəfin deməsinə görə, bu hissə hazırda 223 saylı zenit-raket alayı adlanır, Ukraynanın şərqindəki hərbi əməliyyatlarda iştirak edib.

Rusiya hərbçiləri bildirirlər ki, beynəlxalq araşdırma qrupunun Rusiyanın Buk kompleksini göstərən videoyazısı saxtalaşdırılıb.

Hərbçilər onlarda ukraynalı hərbçilərin 2016-cı ilə aid audioyazısının da olduğunu bildirirlər. Onların deməsinə görə, bu yazı Ukraynanın Boeing-in vurulmasına aidiyyatını üzə çıxarır. Guya həmin səsyazısında ukraynalı hərbçi deyir ki, onlar Malayziyanın daha bir Boeing-ini vura bilərlər. Ancaq bu yazının həqiqiliyinə elə bir dəlil təqdim olunmur.

Niderlandın rəhbərlik etdiyi beynəlxalq araşdırma qrupu isə belə bir qənaətə gəlmişdi ki, 298 nəfərin həlak olduğu hadisə Buk zenit-raket kompleksindən buraxılmış raketlə vurulub, həmin kompleks də Rusiya ordusuna məxsusdur, Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan ərazidən buraxılıb.

Təyyarədən sağ çıxan olmamışdı.

XS
SM
MD
LG