Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 19:45

İlahiyyat İnstitutunun açılışı olub


C.Məmmədov

Sentyabrın 17-də Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) açılışı olub.

AZƏRTAC-ın məlumatına görə, açılış mərasiminə aidiyyəti rəsmi orqanların təmsilçiləri və dini konfessiya rəhbərləri qatılıblar.

İnstitutun rektoru Ceyhun Məmmədov bildirib ki, 2018-2019-cu tədris ilində dövlət sifarişi əsasında qəbul üzrə Aİİ-nin islamşünaslıq ixtisasına 35, dinşünaslığa isə 25 plan yeri təsdiq edilib. Bu ayrılmış plan yerləri 100 faiz dolub.

C.Məmmədov deyib ki, institutun dinşünaslıq və islamşünaslıq ixtisasları üzrə təhsil standartları Təhsil Nazirliyinə təqdim edilib və nazirliyin müvafiq şöbəsindən müsbət rəy alınıb.

Xatırlatma

Azərbaycanda ilk dini ali təhsil ocağı kimi Bakı İslam İnstitutu 1991-ci ildən fəaliyyətə başlayıb. Bu ali məktəb Qafqaz Müsəlmanları İdarəsinə tabedir. Bundan əlavə, 1992-ci ildə Bakı Dövlət Universitetində ilahiyyat fakültəsi yaradılıb və həmin fakültə bu il yeni yaradılan İlahiyyat İnstitutuna birləşdirilib.

Multimedia

XS
SM
MD
LG