Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 09:34

Prezident gənc əsgərlərin andiçmə mərasiminə qatılıb


Foto arxiv

Gənc əsgərlərin arasında prezidentin oğlu da olub.

Sentyabrın 16-da Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev prezidentə raport verib.

Hərbi hissənin komandiri andiçmə mərasiminə hazırlıq barədə Ali Baş Komandana məruzə etdib.

Daha sonra gənc əsgərlər and içdiblər.

Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində keçirilən mərasimdə and içən gənc əsgərlər sırasında Azərbaycan prezidentinin oğlu, orada hərbi xidmət keçən Heydər Əliyev də olub.

Xəbərə görə, gənc əsgərlərin and içmə mərasimində iştirak edən valideynlər prezident İlham Əliyevlə görüşüb söhbət ediblər.

Multimedia

XS
SM
MD
LG