Bazar ertəsi – sentyabrın 17-də Türkiyə prezidenti Recep Tayyip Erdogan Rusiyanın Soçi şəhərində rusiyalı həmkarı Vladimir Putin-lə görüşəcək. Bunu “Reuters” agentliyi mənbələrə istinadla yazır.
Bundan öncə Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu demişdi ki, Erdogan-la Putin bazar ertəsi Suriya böhranı üzrə danışıqlar aparacaqlar.
Erdogan ötən həftə Tehranda İran və Rusiya liderləri ilə Suriyanı müzakirə edib, amma üsyançıların əlində olan İdlib vilayəti üzrə atəşkəsə nail olunmayıb.
Bu gün Pakistana səfər edən Mevlut Cavusoglu deyib:
“İran və Rusiyayla səylərimizi davam etdirəcəyik… Beynəlxalq platformalarda da səylərimizi davam etdirəcəyik”.
Türkiyə İdlibdə humanitar böhran yaranacağından ehtiyatlanır. Türkiyəylə sərhəddə yerləşən bu vilayətdə 3 milyondan çox adam yaşayır.