Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 15:25

'Noviçok şübhəliləri'nin dindirilməsi xahişi nəzərdən keçiriləcək


Aleksandr Petrov və Ruslan Boshirov

Kreml deyir ki, Britaniyanın iki rusiyalını dindirməklə bağlı istənilən xahişi öyrəniləcək. London həmin rusiyalıları Britaniya ərazisində keçmiş casusu öldürmək cəhdində şübhəli sayır.

Sözçü Dmitry Peskov indiyədək belə bir xahişin alınmadığını sözlərinə əlavə edib.

Britaniya Ruslan Boshirov və Aleksandr Petrovu İngiltərənin Solsberi şəhərində keçmiş casus Sergei Skripal və qızını zəhərləməyə çalışmaqda suçlayır. Onların bu məqsədlə hərbi dərəcəli sinir qazı olan Noviçokdan istifadə etdiyi bildirilir.

Peskov sentyabrın 14-də bir daha vurğulayıb ki, Rusiya dövlətinin bu zəhərləmə hadisəsində əli yoxdur.

Bundan bir gün öncə həmin iki şəxs Kremlin maliyyələşdirdiyi RT telekanalına müsahibə verərək günahsız olduqlarını deyiblər.

Onlar Rusiya hərbi kəşfiyyatının üzvü olmadıqlarını, İngiltərəyə gəzməyə getdiklərini dilə gətiriblər.

Britaniya baş naziri Theresa May-in sözçüsü bu iddiaları “yalan” adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG