Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:28

Lavrov ‘rusofobiya’dan danışır


Sergei Lavrov (sağda) və Heiko Maas Moskvada görüş zamanı, 10 may, 2018-ci il
Sergei Lavrov (sağda) və Heiko Maas Moskvada görüş zamanı, 10 may, 2018-ci il

Moskva Birləşmiş Ştatlarla münasibətləri pat vəziyyətdən qurtarmağa hazırdır, amma ABŞ isteblişmentindəki “rusofobiya” bunu əngəlləyir. Bunu Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyir.

Lavrov sentyabrın 14-də Berlinə səfəri zamanı Almaniya liderləri ilə danışıqlar aparacaq. O, Almaniyanın dpa agentliyinə deyib ki, “ABŞ prezidenti Donald Trump-ın ölkələrimiz arasında normal dialoq qurmaq niyyətinə dair bəyanatlarına ciddi yanaşırıq”.

“ABŞ liderindən gələn müsbət impulsları ABŞ isteblişmentindəki artan rusofobiya ört-basdır edir, onlar ölkəmizi Birləşmiş Ştatların siyasi üstünlüyünə təhdid kimi görürlər”, – Lavrov deyib.

FİKİR AYRILIQLARI VƏ OXŞARLIQLAR

Trump Rusiya və prezident Vladimir Putin-lə münasibətlərin yaxşılaşdırılmasına tərəfdardır. Amma demokratlar və respublikaçılardan bəziləri bu yanaşmanı tənqid edir, deyirlər ki, prezident ABŞ-da seçkilərə iddia olunan müdaxilə və digər məsələlərdə Moskvaya yetərincə təzyiq göstərmir.

Donald Trump və Vladimir Putin Helsinki görüşündən sonra, 16 iyul, 2018-ci il
Donald Trump və Vladimir Putin Helsinki görüşündən sonra, 16 iyul, 2018-ci il

Lavrov alman həmkarı Heiko Maas-la görüşdən öncə deyib ki, Avropa İttifaqı Birləşmiş Ştatlardan asılılığı azaltmalıdır, Moskvaya qarşı sanksiyaları rədd etməlidir.

Bu səfər Qərblə Rusiyanın münasibətlərində gərginlik yaşandığı bir dönəmə düşür. Moskva Suriya prezidenti Bashar al-Assadı dəstəkləyir. 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etməsi, Ukraynanın şərqində separatçıları dəstəkləməsi gərginliyi daha da artırıb.

Amma Lavrov müsahibəsində deyib ki, Almaniya ilə münasibətlərin yaxşılaşdırılmasına potensial var.

“Rusiya-Almaniya münasibətlərini gərgin adlandırmazdım”, – o deyib.

O, siyasi fikir ayrılıqlarının olduğunu qeyd etsə də, iki ölkə arasında ümumi tarixi, mədəni və sosial oxşarlıqların mövcudluğunu, bütün bunlar sayəsində iki ölkə xalqlarının gözəl gələcəyə inandığını vurğulayıb.

RUSİYANIN “SIXIŞDIRILMASI”

Nazir Qərb hökumətlərinin “son 25 ildə Rusiyanı sıxışdırmağa çalışdığını” sözlərinə əlavə edib.

İdlibdə yaşayanlar da hücuma hazırlaşır
İdlibdə yaşayanlar da hücuma hazırlaşır

“Bu, 2014-cü ilin fevralında Ukraynanın daxili siyasi böhranı zamanı kulminasiya həddinə çatdı. Rusiya-Almaniya münasibətlərinin hətta bu şəraitdə belə inkişaf etməsi məndə nikbinlik yaradır”, – o deyib.

Maas sentyabrın 14-də deyib ki, Lavrovla görüşdə Kremlə Suriyanın İdlib vilayətinə hücumun insan haqları faciəsinə çevrilə biləcəyi xəbərdarlığını edəcək. Hazırda Suriya hökuməti müttəfiqləri İran və Rusiyanın köməyilə üsyançıların son istehkamına hücuma hazırlaşır.

“Hansı riskə gedildiyini hamımız bilirik. Ən pis, daha doğrusu, yeni humanitar fəlakət önlənməlidir”, – o, dpa agentliyinə deyib.

Rusiya, İran və Suriya hökuməti İdlibi yenidən nəzarətə almaqla ölkədə 7 ildən çoxdur gedən vətəndaş müharibəsində yekun qələbə qazanmaq istəyirlər.

Bu müharibədə 400 mindən çox adam həlak olub, milyonlarla şəxs evindən didərgin düşüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG