Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 21:48

Aya səyahət edəcək ilk sərnişin qeydiyyatdan keçib


SpaceX-in Falcon 9 raketi

Kosmosa daşımalar üzrə ixtisaslaşmış SpaceX şirkəti bildirib ki, Big Falcon Raketilə (BFR) Aya səyahət etmək istəyən ilk sərnişini qeydiyyatdan keçirib.

Şirkətin rəhbəri milyarder Elon Musk-dır.

“Bu, kosmosa səyahət etmək arzusunda olan sıravi adamlara həmin imkanın yaradılması yönündə vacib addımdır”, – şirkət sentyabrın 13-də Twitter-də bəyan edib.

Şirkət sərnişinin kimliyini, səyahətin nə vaxt baş tutacağını açıqlamayıb. Amma keçmişdə deyib ki, bu ilin sonunadək iki sərnişinin kosmosa göndərilməsi planlaşdırılır.

SpaceX planla bağlı sentyabrın 17-də əlavə informasiya veriləcəyini bildirib.

“Tapın görək uçan kimdir və niyə məhz bazar ertəsi.

İndiyədək Ayda 24 adam olub. 1972-ci ildə Apollo missiyasından sonra ora səfər edən olmayıb”, – şirkət tvitində yazıb.

Kaliforniyada mənzillənən SpaceX turistlərin Aya Dragon təyyarəsində gedəcəyini deyib. Ona oxşar yük təyyarələri Beynəlxalq Kosmik Stansiyasını təchiz edir.

XS
SM
MD
LG