Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:01

‘Noviçok şübhəliləri’ Solsberiyə gəzməyə getdiklərini deyirlər


Petrov və Boshirov RT-yə müsahibə verir
Petrov və Boshirov RT-yə müsahibə verir

Britaniyada keçmiş casus və qızının zəhərlənməsində şübhəli sayılanlarla eyni ad-soyadlı iki rusiyalı martda Solsberi şəhərinə turist kimi getdiklərini deyirlər. Onlar Rusiya dövlətinin maliyyələşdirdiyi RT telekanalına müsahibə veriblər.

Keçmiş casus Sergei Skripal və qızı Yulia martın 4-də skamyada huşsuz vəziyyətdə tapılmışdılar, bir neçə həftəlik müalicədən sonra xəstəxanadan buraxıldılar. Ancaq Noviçok sinir qazının olduğu saxta ətir şüşəsini tapan cütlük daha ağır bədəl verdi. Qadın dünyasını dəyişdi, partnyoru xəstəxanalıq oldu.

Britaniyada fotoları yayılan şəxslərə bənzəyən iki kişi müsahibələrində adam öldürməyə cəhddə heç bir rolları olmadığını deyiblər.

Onların kimliyini müstəqil şəkildə müəyyənləşdirmək mümkün olmayıb.

SOLSBERİDƏ BİR SAATDAN DA AZ QALIBLAR

“Dostlarımız çoxdan təklif edirdilər ki, bu gözəl şəhərə gedək”, – onlardan biri deyib.

Sergei Skripal (solda) və qızı Yulia
Sergei Skripal (solda) və qızı Yulia

RT sentyabrın 13-də müsahibədən bir hissə yayıb.

Müsahibə verənlər Sergei Skripal-ın evinin yanından təsadüfən keçdiklərini, onun harada yerləşdiyini bilmədiklərini deyiblər.

“Ola bilər ki, ona yaxınlaşmışıq, amma harada yerləşdiyini bilmirik”, –biri iddia edib.

Onlar Solsberidə bir saatdan da az qaldıqlarını sözlərinə əlavə ediblər.

Rusiya prezidenti Vladimir Putin bir gün öncə deyib ki, Britaniyanın zəhərlənmə hadisəsində şübhəli bildiyi adamların kimliyini müəyyənləşdiriblər, amma mülki şəxslərdir.

Britaniya hökuməti isə şübhəlilərin Rusiyanın hərbi kəşfiyyat agentliyi olan GRU-nun zabitləri olduğunu bildirib.

Putinin bu bəyanatından sonra Britaniyanın baş naziri Theresa May-in sözçüsü vurğulayıb ki, zəhərlənməylə bağlı Moskvadan izahat almaq cəhdləri həmişə “dolaşıqlıq və yalanlarla” üzləşib.

Sözçü şübhəlilərin GRU zabitləri olduğunu bir daha vurğulayıb.

Britaniya hökuməti 4 mart insidentinə görə Aleksandr Petrov və Ruslan Boshirov adlı iki rusiyalını ittiham edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG